Xalqı üçün doğulan lider əbədiyyətə qovuşsada, unudulmaz

 

Xalqımızın düçüncəsində bir şəxsiyyət, bir sima, bir ideya - Heydər Əliyev dühası daim yaşayır.  Heydər Əliyev sadəcə siyasi lider deyildi. O, həm də millətin düşüncə koduna çevrilmiş iradənin, müdrikliyin və dövlətçilik məktəbinin banisi və xalqının xilaskarı idi.

10 may- Heydər Əliyevin anadan olduğu bu gün, sadəcə təqvimdə bir tarix deyil, Azərbaycan xalqının qürurla andığı, yaddaşlarında həkk etdiyi bir vətəndaşlıq andıdır.

102 il əvvəl anadan olan Heydər Əliyev XX əsrin ən çətin sınaqlarından keçərək, öz  xalqının taleyinə yön verən lider kimi tarixə düşdü. O, sadəcə bir siyasətçi deyildi – o, böyük bir məktəb idi. Onun idarəçilik fəlsəfəsi, dərin analitik qabliyyəti, strateji baxışı, milli maraqları müdafiə edən möhkəm iradəsi bu gün də Azərbaycan dövlətçiliyinin sütunları kimi durur.

Heydər Əliyevin ritorikası sadə deyildi – hər cümləsi məsuliyyət, hər çıxışı istiqamət idi. O, siyasətdə sözdən çox nəticəyə üstünlük verən bir şəxsiyyət idi. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” deyərkən, yalnız bir bəyanat vermədi – bir dövrün, bir gələcəyin konturlarını cızdı.

Dövlət idarəçiliyində sabitlik,  azərbaycançılıq  ideologiyasında vətəndaş birliyi, beynəlxalq münasibətlərdə balanslı və prinsipial mövqeyi, Ulu Öndər məktəbinin təməl dayaqlarındandır.  Heç kimə sirr deyil ki, müasir və güclü  Azərbaycan, Heydər Əliyevin uzaqgörən siyasətinin təməl bəhrəsidir. Heydər Əliyev yaşadığı bütün zamanın fövqündə duran bir şəxsiyyət, bir lider olub. O istər Sovetlər dövründə, isərsə də müstəqillik zamanında  keçmişi dərindən anlayan, gələcəyi dəqiq təhlil edən və doğuru qərarlar verən bir mütəfəkkir.

Azərbaycan xalqının Ümummilli lideri  həm də insaniyyətin nümunəvi daşıyıcısı kimi, qəlblərdə taxt quran şəxsiyyət idi. Dünya səviyyəli bir siyasətçinin xalqla ünsiyyəti, sadəliyi, insanlarla qurduğu canlı təmaslar,  əksər siyasətçilər üçün əlçatmaz  və danılmaz örnəkdir. O, təkcə xalqını sevdiyi üçün xoşbəxt deyildi. Həm də ona görə xoşbəxt idi ki, ömrünü həsr etdiyi doğma xalqı da onu qarşılıqlı olaraq sevirdi.  Bugün Azərbaycanın hər dağında, düzündə, şəhərində, kəndində onu görən, onun səsini eşidən, onunla nəfəs alan milyonlarla insan üçün o, sadəcə prezident  deyil,  eyni zamanda insanlığın nümunəsi idi.

Bu gün 10 mayda, Heydər Əliyevin 102 illiyi qeyd olunur. Amma əslində, onun ideyaları, onun qurduğu dövlət, onun yaratdığı siyasi və mənəvi irsi hər gün yaşayır, bundan sonrada uzun illər və əsrlər boyu yaşayacaq.  Məmləkətin hər qarışında, bu xalqın hər nəfəsində Heydər Əliyev var. Azərbaycanı sevən hər kəsin qəlbində Ümummilli  lider yaşayır. Və bundan sonra da əsirlər boyu yaşayacağı şübhəsizdir. Çünki,  xalqı üçün doğulan lider əbədiyyətə qovuşsada, unudulmaz!


Ramiz İsmayılov, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəsi


10-05-2025, 16:28 336

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063