Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə Sumqayit.tv Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.
Bildirilib ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində balans qovşaqlarının təmiri ilə əlaqədar saat 09:45-dən etibarən qaz təchizatı dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə İnşaatçılar qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.