Əvəz Zeynallının səhhəti ağırlaşıb – həyat yoldaşından çağırış


"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda Türkiyədə müalicə olunan jurnalistin vəziyyətinin ağır olduğu bildirilir.

Sumqayıt.tv xəbər verir ki, bu barədə məlumatı həyat yoldaşı, jurnalist Məlahət Zeynallı özünün “Facebook” hesabında yayıb. Onun sözlərinə görə, Əvəz Zeynallı qərar vermək və fikirlərini ifadə etmək imkanını itirib.

“Əvəz bəy özü müstəqil olaraq qərar verə bilmir, fikirlərini belə tam şəkildə ifadə edə bilmir. Ona görə də, rəsmi olaraq mənim himayəmdə olan həyat yoldaşımın məsuliyyətini tam şəkildə üzərimə götürərək dövlətə və xalqa müraciət edirəm”, – deyə Məlahət Zeynallı qeyd edib.

O bildirib ki, Əvəz Zeynallı ömrünün böyük bir hissəsini Azərbaycan dövlətinə və xalqına xidmətə həsr edib:
“Vətən sağ olsun! Əvəz bəyin xidmətlərini xalq da, dövlət də unutmur. Bu gün isə onun üçün ən ağır günlərdir. Sabah çox gec ola bilər. Əvəz Zeynallının sağalması üçün gərəkli dəstək yalnız Allahın izni ilə dövlətin və xalqın əlindədir.”

Sonda Məlahət Zeynallı hər kəsi Əvəz Zeynallının müalicəsinə dəstək olmağa çağırıb:
“Bizim zatən dövlətimizdən və millətimizdən başqa heç kimimiz yoxdur. Əvəz Zeynallıya sahib çıxın!”

 


21-05-2025, 12:04 195

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041