Sumqayıt nümayəndəliyinin Gənclər Birliyi “Uşaq Gülüşü Qədim İrəvanda” adlı tədbir keçirib-FOTO

 

Sumqayıtda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün “Uşaq Gülüşü Qədim İrəvanda” adlı tədbir keçirildi.

Sumqayıt.tv xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyində “Uşaq Gülüşü Qədim İrəvanda” adlı tədbir keçirilib. Tədbir QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin təşəbbüsü ilə baş tutub.

Bayram tədbirində şəhid övladları və digər uşaqlar birlikdə iştirak edərək sevincli anlar yaşayıb, öz aralarında xoş ovqat bölüşüblər.

Tədbiri Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq, uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğulayıb:

“Uşaqlar yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Onların təhsili, sağlamlığı və rifahı hər birimizin diqqət mərkəzində olmalıdır. Biz bu gün onları qoruyuruq ki, sabah onlar milli dəyərlərimizi yaşatsınlar, kimliyimizi gələcək nəsillərə ötürsünlər,” – deyə R.İsmayılov bildirib.

Daha sonra çıxış edən araşdırmaçı tarixçi Anar Hüseynov Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsinin vacibliyinə toxunub:

“Biz, sülhün carçısı olan uşaqlarımıza Qərbi Azərbaycan həqiqətlərini aşılamalıyıq. Orada yaşamış soydaşlarımızın mədəni irsi, tarixi və çəkdikləri əzablar bugünkü gənclər tərəfindən dərindən öyrənilməlidir. Keçmişimizi bilmədən gələcəyimizi qura bilmərik.”

Tədbirdə çıxış edən QAİ Sumqayıt nümayəndəliyinin sədr müavini İlkin Şirinov və Gənclər Birliyinin sədri Fuad Məmmədov tədbirin əhəmiyyətindən bəhs ediblər. F.Məmmədov gənclərin bu cür təşəbbüslərdə aktiv iştirakının vacibliyini qeyd edərək, şəhid Əliyev Qubadın övladı Əliyev Qubad Qubad oğlunun ad günü münasibətilə onu təbrik edib.

Tədbirdə qonaq qismində iştirak edən Seyid Əhəd Məmmədov, şəhid Zamin Abbasovun anası Sevda Abbasova və şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva da çıxış edərək, göstərilən diqqət və qayğıya görə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinə təşəkkürlərini bildiriblər. Onların fikrincə, şəhid övladlarına göstərilən qayğı yalnız bir ailəyə deyil, bütöv cəmiyyətə verilən dəyərdir.

Sonda uşaqlar üçün əyləncəli proqram təşkil olunub. Bayram şənliyi musiqili nömrələr, rəqslər, şeirlərlə müşayiət olunub və nümayəndəlik tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.


Məleykə Xankişiyeva, Sumqayit.tv

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 


 


1-06-2025, 16:50 638

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005