Sumqayıtda sabiq gömrük rəisinə 8 il 6 ay həbs – 834 avtomobil keçidinə görə rüşvət alıb

 

Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. A.Aslanov da Baş İdarənin əməliyyatçıları tərəfindən həbs edilib.

İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu “Nissan” və “Toyota” olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.

Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: “Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi. 


Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində invoys, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə şirinlik vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas probləmlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb: “Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.

Komitə rəhbərliyi bu şikayətlərə baxdıqdan 7-10 gün sonra mənə e-mail vasitəsilə göstəriş göndərib əvvəlki qərarı ləğv etdi. Artıq digər ölkələrin bank köçürmələri olduğu təqdirdə də avtomobillər ölkəyə buraxılırdı. Bu iş mənə həvalə olunana kimi Ramil özü Dövlət Gömrük Komitəsinə gedirdi və onun avtomobilləri komitənin qərarına əsasən ölkəyə keçirilirdi. Vətəndaşlar “Meyvəli” postuna və ya birbaşa Dövlət Gömrük Komitəsinə müraciət edirdi, sənədləri məqbul və rəhbərliyin təqdim etdiyi siyahıya uyğun idisə, biz sənədləri “Balakən” və ya “Qırmızı Körpü” sərhəd buraxılış məntəqələrinə göndərirdik”.

Ramil də təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin dediklərinin çoxunu özünü müdafiə kimi qiymətləndirib. Toplanmış sübutlar əsasında bir neçə gün əvvəl Anar Aslanova 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. 

Sail Ağasəlim


30-06-2025, 16:57 27

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964