"Danışıqlar həm İran, həm də ABŞ-yə lazımdır" - Politoloq

 
"ABŞ ilə İran arasında danışıqlar prosesinin yenidən bərpa olunması ilə bağlı yayılan məlumatlar və bu gözləntilər hər iki dövlətin maraqlarına uyğun gəlir".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İran dövləti üçün bu görüşün baş tutması vacibdir:

"Çünki Tehran rejimi daxildə iqtisadi və sosial problemlərlə qarşı-qarşıya olduqlarının fərqindədir. Onu da gözəl bilirlər ki, daxildə yaranan bu problemlər məhz ABŞ-nin və Qərbin bir sıra aparıcı dövlətlərinin İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra meydana gəlib. Belə olduğu təqdirdə isə İran dövlətinin ABŞ ilə bir masa ətrafında oturaraq bu məsələləri həll etməkdə maraqlı olduğunu düşünürəm". 

376703

Onun sözlərinə görə, ABŞ üçün də bu görüşün keçirilməsi və baş tutması bir neçə səbəbdən əhəmiyyət kəsb edə bilər:

"Rəsmi Vaşinqton məhz danışıqlar yolu ilə İranı nüvənin zənginləşdirilməsi layihəsindən imtina etdirməyə çalışır. Bununla da İsrail dövlətinin təhlükəsizliyinin qarantını almaqla, Yaxın Şərqdə sabitliyin bərpa olunacağını düşünür. Eyni zamanda, ABŞ İranla danışıqlar prosesini bərpa etməklə ən böyük iki düşməni olan Çin və Rusiyaya qarşı da həmlə etmiş olacaq. 

Nəzərə almaq lazımdır ki, İran həm Rusiya, həm də Çinlə müttəfiqdir. Yəni ABŞ İranla münasibətlərini normallaşdırmaqla Rusiya və Çini ondan uzaq salacaq. Bununla da diplomatik, psixoloji, mənəvi və digər sahələrdə Moskva və Pekinə "zərbə endirəcək". Bu baxımdan danışıqların Amerika üçün də uyğun olduğunu düşünürəm". 

Politoloq diqqətə çatdırıb ki, hazırda Vaşinqtonla danışıqlar prosesini bərpa etmək Tehranın düşdüyü vəziyyətdən çıxması üçün ən uyğun yoldur:

"Lakin bu danışıqların müsbət nəticə ilə yekunlaşacağını, uzunmüddətli sülh və hətta tərəfdaşlıqla nəticələnəcəyini demək çətindir. Doğrudur, kiçik taktiki adımlarla danışıqlarda müəyyən müsbət tendensiyalar hiss oluna bilər. Ancaq uzunmüddətli danışıqlar prosesinin olacağını zənn etmirəm. Çünki İran dövlətinin nüvə proqramından imtina edəcəyini düşünmürəm. 

Sadəcə Tehran hakimiyyəti nüvə istehsalını azaltmaqla bağlı müəyyən öhdəlik götürə bilər, onun əvəzində isə Vaşinqton İrana tətbiq etdiyi sanksiyaları bir qədər yumşaldar. Lakin İranın nüvə proqramından tamamilə imtina etməsi gözlənilmir". 

Elçin Abdullayev sözlərini belə yekunlaşdırıb:

"İran nüvə silahına sahib olmaqla özünün təhlükəsizliyini təmin etmiş olacağını düşünür. Üstəlik, adıçəkilən dövlət nüvə silahına sahib olsa, özünü dünyaya ambisiyası olan ölkə kimi təqdim edəcək. Bu baxımdan, ABŞ-İran görüşünün baş tutacağını düşünsəm də, bunun sülhlə nəticələnəcəyini zənn etmirəm"

Pərviz


30-06-2025, 18:16 157

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060