Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...

 

Sumqayıtda yerləşən çörək zavodunun direktoru Tofiq Hüseynovun rəhbərlik etdiyi Term Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında ciddi qalmaqal yaranıb.

Sahibkar Tağızadə Tağıyev Term MTK tərəfindən ona qarşı hüquq pozuntusu və əmlakına zərər vurulması ilə bağlı şikayətini ictimailəşdirib.

Tağı Tağıyev bildirir ki, Tofiq Hüseynovun rəhbərlik etdiyi MTK ilə 3 illik icarə müqaviləsi əsasında obyektin birinci mərtəbəsini icarəyə götürmüş və artıq iki ildir mütəmadi olaraq icarə haqqını ödəyir. Onun sözlərinə görə, obyektə xeyli vəsait yatırıb, məkan tam şəkildə öz hesabına təmir olunub. Lakin gözlənilmədən MTK tərəfindən müqavilənin pozulduğu və əşyalarının çölə atıldığı bildirilib.

Sahibkarın iddiasına əsasən, ona telefonla zəng edilərək, obyektin qapısının qırıldığı, içəridəki bütün malların xəbərdarlıq edilmədən çölə atıldığı deyilib. Rəsmi izahat olaraq isə ona müqavilənin yalnız 1 illik olduğu bildirilib. Halbuki Tağı Tağıyev qarşı tərəflə 3 illik yazılı razılaşma əsasında fəaliyyət göstərdiyini və bu sənədin hələ də qüvvədə olduğunu söyləyir.

İnsident nəticəsində sahibkara təxminən 40 min manatlıq maddi ziyan dəydiyi iddia olunur. Təmir işləri, avadanlıqlar, ərzaq məhsulları və digər ticarət ləvazimatlarının itirilməsi biznes fəaliyyətinə ciddi zərbə vurub.

Məsələ ilə bağlı qarşı tərəfdən – Tofiq Hüseynov və ya MTK tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hüquqşünaslar isə bildirir ki, icarə müqaviləsinin birtərəfli pozulması, üstəlik əmlakın dağıdılması və xəbərdarlıq edilmədən əraziyə müdaxilə edilməsi qanunvericiliyin kobud şəkildə pozulması hesab olunur.

Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini və hüquqlarını sonadək müdafiə edəcəyini bildirir. O, aidiyyəti dövlət qurumlarını da bu cür özbaşınalıqlara göz yummamağa çağırır.

Bu olay bir daha göstərir ki, özəl sektorda müqavilə mədəniyyətinə və sahibkar hüquqlarına hörmətlə yanaşılmadıqda, həm iqtisadi zərərlər, həm də sosial etimad böhranı qaçılmaz olur. İndi isə gözlər Sumqayıt hüquq-mühafizə orqanlarının və məhkəmələrin verəcəyi qərardadır. //Den.az

 

 

 

1-07-2025, 00:27 614

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060