Sumqayıtda kondisionersiz avtobuslar narahatlıq doğurur – AYNA açıqlama verdi


İctimai nəqliyyatda kondisionerlərin işləməməsi ilə bağlı narazılıqlara AYNA-nın mətbuat katibi Tural Orucov Sumqayıt TV-yə münasibət bildirib.

 Anomal istilərin davam etdiyi bu yay günlərində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı və sağlamlığı xüsusi əhəmiyyət kəsb edir. Son günlər sərnişinlər arasında kondisionerlərin işləmədiyi avtobuslarla bağlı narazılıqlar artmaqdadır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Sumqayıt TV-nin sorğusunu cavablandırıb.


 

AYNA rəsmisinin bildirdiyinə görə, hər il yay mövsümü başlamazdan əvvəl sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir və havaların temperaturuna uyğun olaraq avtobuslardakı sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırılır.
“Bu məsələ tərəfimizdən daimi diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir,” – deyə Tural Orucov qeyd edib.
Lakin o bildirib ki, bəzi hallarda kondisioner sistemində texniki nasazlıq yarana bilər.
“Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı daşıyıcıya xəbərdarlıq edilir və tədbir görülməsi tələb olunur,” – AYNA-nın mətbuat katibi əlavə edib.
AYNA ictimai nəqliyyatda bu cür hallarla qarşılaşan sərnişinləri şikayətlərini aidiyyəti üzrə quruma çatdırmağa çağırır.

Məleykə XANKİŞİYEVA
Sumqayit.tv

31-07-2025, 12:51 466

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060