Deputat Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqini təklif edib

 Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında üç əcnəbi turistin nalayiq hərəkətlər etməsi və həmin videogörüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətimiz tərəfindən haqlı şəkildə sərt tənqid olunmaqdadır.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələ ilə bağlı dərhal prinsipial və sərt mövqe sərgiləyib:

“Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin şəxslər 13 avqustda ölkəyə turist kimi daxil olub, beş günlük səfərləri çərçivəsində bu hadisəni törədib və sosial şəbəkələrdə paylaşıblar. Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb, hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə araşdırmalar davam edir”.

Deputat bildirib ki, Azərbaycan xalqı tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşıb:

“Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün təkcə bir ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də bu kimi halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir”.

Səbinə Salmanova qeyd edib ki, belə halların qarşısının alınması üçün yalnız cəza tədbirləri deyil, qabaqlayıcı hüquqi mexanizmlər də yaradılmalıdır:

“Düzdür, mövcud qanunvericiliyimiz müəyyən tədbirləri nəzərdə tutur, lakin bu məsələ ilə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var. Milli Məclisin payız sessiyasında bu məsələ ilə yeni qanunverici təşəbbüslər irəli sürməyi planlaşdırıram. Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin, ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət qoyulmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.

19-08-2025, 18:37 322

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060