Sumqayıtda avtobus gedişhaqqı məsafəyə görə hesablanacaq

 Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, yeni yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu vasitəsilə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında ictimai nəqliyyatda yeni ödəniş qaydaları tətbiq olunacaq.

Artıq Sumqayıtda da avtobus gedişhaqqı məsafəyə görə hesablanacaq. Yəni yaxın məsafəyə gedən sərnişin daha az, uzaq məsafəyə gedən isə daha çox ödəniş edəcək. Bu sistemdən toplanan vəsait Fond vasitəsilə daşıyıcı şirkətlərə ödəniləcək.

Sumqayit.tv-in məlumatına görə, Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Bizim.Media-ya bildirir ki, bu addım həm sərnişinlərin, həm də şirkətlərin maraqlarını qoruyacaq:

“Yeni qaydalarla sürücülər sərnişin sayına görə yox, məsafəyə görə ödəniş alacaq. Bu isə onların sərnişin uğrunda yarışmasının qarşısını alacaq”.

Qaydalara əsasən, 2026-cı ilin yanvarın 1-dən etibarən avtobus sürücüləri sərnişin toplamaq üçün bir-biri ilə rəqabət aparmayacaq, marşrut xətti üzrə məsafəyə görə ödəniş sistemi tətbiq ediləcək.

Yeni yanaşma həm sərnişinlərin təhlükəsizliyini, həm də ictimai nəqliyyatın dayanıqlı işləməsini təmin etməyə yönəlib.

24-09-2025, 16:08 259

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041