
Sumqayıtda 1-ci mikrorayonda piyada yolunun üzərində parça üzərinə yığılmış çörək sakinlərin diqqətini çəkib. Ənənəyə görə, insanlar artıq çörəyi zibilliyə atmaq istəmirlər. Bu addım hörmət və inamla əlaqələndirilsə də, burada həm israfçılıq, həm də antisanitar vəziyyət yaradır, şəhərin səliqəsinə xələl gətirir.
Mütəxəssislər hesab edirlər ki, belə halların qarşısını almaq üçün bələdiyyələr xüsusi “çörək qutuları” quraşdırmalıdır. Bu həm ənənəni qoruyar, həm də şəhər estetikasına zərər verməz.
Müəllif: Sumqayit.tv