Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub - FOTO

 

Sumqayıt şəhərində Zəfərin 5-ci ildönümü qeyd edilib.

Sumqayit.tv xəbər verir ki, ağacəkmə aksiyası ilə başlayan tədbirin iştirakçıları daha sonra şəhərin Şəhidlər xiyabanında bir araya gəliblər.

Tədbirin əvvəlində hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər rəhbərliyinin də qatıldığı tədbirdə qeyd olunub ki, 8 Noyabr Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici günlərdən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm qələbə xalqın birliyinin, dövlətin güc və qüdrətinin təntənəsi olduğu vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində parlaq zəfər qazanaraq əraziləri işğaldan azad etdiyi, dövlətin suverenliyinin bərpa olunduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, bu zəfər xalqın iradəsini, vətənpərvərliyini və haqq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib, Azərbaycan Ordusu düşmənin 30 illik işğalına son qoyub.

Sonda tədbir iştirakçıları Şəhidlər xiyabanındakı "Qalib əsgər" abidəsinin önünə əklil qoyub, şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyublar. /"Report"

 

 

 

 

 

 

 


8-11-2025, 15:19 91

Digər xəbərlər

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

Dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 21:10
Bu gün, 20:29
Bu gün, 19:28
Bu gün, 18:35
Bu gün, 12:59
Bu gün, 12:56
Bu gün, 09:55
Bu gün, 09:51
Bu gün, 00:07
Dünən, 11:55
Dünən, 11:37
Dünən, 11:36
Dünən, 11:32
Dünən, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
10-04-2026, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1040