Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür

 

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, Araz marketin qarşısındakı piyada keçidindən istifadə edən sakinlər ciddi narazılıq bildirirlər.

Sakinlərin Sumqayit.tv-yə göndərdiyi videomaterialda görünür ki, piyada zolağının üzərində avtomobillər dayanaraq piyadaların hərəkət yolunu tam şəkildə bağlayır.

Bu səbəbdən piyadalar, xüsusilə yaşlı insanlar və uşaqlı valideynlər iki avtomobilin arasından keçməyə məcbur olur. Sakinlərin sözlərinə görə, bəzi hallarda piyadalar faktiki olaraq avtomobilə toxunaraq onun üzərindəki tozu paltarlarına çəkməli olurlar. İri cüssəli şəxslər isə ya avtomobillərin üstündən keçmək riski ilə üzləşir, ya da geri dönməyə məcbur qalır, çünki avtomobillər arasında keçid üçün boşluq demək olar ki, yoxdur.

Problem bununla da bitmir. Həmin zolaqdan keçib yolun digər tərəfinə — Bəyaz Saray istiqamətinə — çıxarkən piyada keçidi birbaşa köşkün (butkanın) üstünə düşür. Bu, piyadaların hərəkətini qeyri-mümkün edir və zolaqların ümumiyyətlə düzgün planlaşdırılmadığını göstərir.

Şikayətçilər bildirir ki, bu vəziyyət uzun müddətdir davam edir və ərazidə nəzarət zəifdir. Onlar aidiyyəti qurumlardan — xüsusilə də Sumqayıt Şəhər Dövlət Yol Polisi şöbəsindən — ərazidə nəzarətin gücləndirilməsini və problemin aradan qaldırılması üçün tədbirlər görülməsini tələb edirlər.

Qeyd edək ki, piyada zolağında dayanma və durma qanunla qadağandır. Bu cür hallar həm inzibati məsuliyyət yaradır, həm də yol-nəqliyyat təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.

Sumqayit.tv məsələ ilə bağlı yol polisi və digər aidiyyəti qurumların rəsmi mövqeyini öyrənməyə hazırdır.


9-11-2025, 23:22 61

Digər xəbərlər

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

Dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 21:10
Bu gün, 20:29
Bu gün, 19:28
Bu gün, 18:35
Bu gün, 12:59
Bu gün, 12:56
Bu gün, 09:55
Bu gün, 09:51
Bu gün, 00:07
Dünən, 11:55
Dünən, 11:37
Dünən, 11:36
Dünən, 11:32
Dünən, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
10-04-2026, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1040