TTY maşını iş vaxtında araq aldı?— İzləyici redaksiyamıza video göndərdi

 

Sumqayıtda TTY maşınının sürücüsünün xidməti maşınla spirtli içki aldığı iddiası gündəm yaratdı.
Sumqayit.tv xəbər verir ki, son zamanlar redaksiyamıza Təcili Tibbi Yardımın çağırışlara gec gəlməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Bu dəfə şəhər sakini tərəfindən təqdim olunan video TTY əməkdaşlarının xidmətdə olduğu vaxtla bağlı yeni iddianı gündəmə gətirib. İzləyicinin sözlərinə görə, video 29 noyabr 2025-ci il, saat 23:56-da çəkilib. İzləyici bildirir ki, Sumqayıtın 42-ci məhəlləsində Təcili Tibbi Yardım maşınının sürücüsü xidmətdə olduğu halda avtomobili saxlayaraq spirtli içkilər satılan mağazaya daxil olub. İzləyicinin iddiasına görə, dükandakı sarı geyimli vətəndaş məhz TTY maşının sürücüsüdür.  Məlumatda qeyd olunur ki, hadisə zamanı TTY maşınında tibb bacısı da olub və o, avtomobilin içində gözləyib. İzləyici iddia edir ki, sürücü bir neçə dəqiqə sonra mağazadan spirtli içki alaraq yenidən TTY avtomobilinə qayıdıb və maşın hərəkətinə davam edib. Onun sözlərinə görə, görüntülərdə bu hal açıq şəkildə görünür. Şikayətçi belə deyir: “42-ci məhəllədə yol gedirdim, TTY maşınının saxlanıldığını gördüm. Sürücü düşüb içki satılan mağazaya girdi. Tibb bacısı isə maşında oturub telefonla oynayırdı. Bir müddət sonra sürücü içəridən araq alıb sakitcə maşına oturdu. Hansı ki, bu insanlar iş başında olduqları üçün belə addımlar atmamalıdırlar. Şəhərdə TTY maşınlarının az olduğu vaxtda onların bir dəqiqə belə dayanmağa haqqı yoxdur.” İzləyici daha əvvəl başına gələn hadisəni də xatırladıb: “Atamın vəziyyəti ağır olanda TTY-yə 23 dəfə zəng etdik, gəlmədilər. Öləndən sonra gəldilər. İndiki halda da bəlkə kiminsə həyatı təhlükədədir.” O, görüntülərin paylaşılmasını xahiş edib ki, məsələ araşdırılsın və nəticə çıxarılsın.
Qeyd edək ki, redaksiya olaraq Təcili Tibbi Yardım xidmətinin mövqeyini işıqlandırmağa hazırıq. 

Videonun linki: 

(1)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok


1-12-2025, 13:59 445

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060