Sumqayıtda ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb

 
Sumqayıt şəhəri daxil olmaqla müxtəlif regionlarda vakant müəllim yerlərinin seçimi 5 dekabr 2025-ci il tarixinədək mümkündür.

Sumqayıt şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim müddəti 5 dekabr 2025-ci il tarixinədək uzadılıb.

Mədəniyyət Nazirliyindən Sumqayit.tv-ə verilən məlumata görə, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə Sumqayıt şəhəri daxil olmaqla ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur. Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər.

Test mərhələsində topladıqları bala əsasən namizədlərin seçim hüquqları belədir:

  • 49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerlər üzrə seçim edə bilərlər;

  • 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı istisna olmaqla digər şəhər və rayonlar üzrə seçim edə bilərlər;

  • 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt və Abşeron istisna olmaqla digər regionlarda seçim edə bilərlər.

Seçim prosesi "MyCulture" şəxsi kabineti vasitəsilə həyata keçirilir. Namizədlər sistemə daxil olaraq uyğun vakant yeri seçməli və seçimi təsdiqləməlidirlər.

Qeyd olunur ki, yerləşdirilmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada aparılır. Buna görə namizədlərin seçim zamanı xüsusilə diqqətli olmaları tövsiyə olunur.


2-12-2025, 15:02 87

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086