Sumqayıtın 42-ci məhəlləsində su təzyiqi problemi: sakinlər narazıdır - VİDEO

 

Sumqayıt şəhərinin 42-ci məhəlləsində sakinlər uzun illərdir davam edən su təzyiqi problemi ilə üzləşib.
Sakinlərin Sumqayit.tv-yə bildirdiyinə görə, son 3 ildir hər gün axşam saat 18:00-dan 22:00-dək və səhər saat 06:00-dan 10:00-dək su təzyiqinin artırılması üçün mator işlədilməlidir. Lakin birinci mərtəbədə yaşayan sakinlər suyun təzyiqinin həmişə aşağı olduğunu bildirirlər.

Məsələ ilə bağlı sakinlər maşinist Zinyət adlı şəxsin işini keyfiyyətli şəkildə yerinə yetirmədiyini iddia edirlər. Onların sözlərinə görə, maşinist su təzyiqini artırmaq əvəzinə “təzyiqim qalxır, yatıram” deyərək işi gecikdirir. Sakinlər bildirirlər ki, yaşlı olduğu üçün işini düzgün yerinə yetirə bilmir və əvəzinə başqa şəxsin işləməsini tələb edirlər.

Problemin davam etməsi nəticəsində kombi və digər su qızdırıcı avadanlıqlar da düzgün işləyə bilmir, bu isə sakinlərin gündəlik ehtiyaclarını çətinləşdirir. Xüsusilə azyaşlı uşaqları olan ailələr suyun azlığı səbəbindən uşaqları məktəbə getməzdən əvvəl yuyundura bilmir.

Sakinlər həmçinin qeyd edirlər ki, bazar günləri su təzyiqi daha da aşağı düşür və mator işləmədiyi üçün vəziyyət kritik həddə çatır.

Sakinlər məsələ ilə bağlı Su Kanal İdarəsinə müraciət etsələr də, hələ də nəticə əldə edə bilməyiblər. Onlar problemi ictimailəşdirərək, aidiyyəti qurumların müdaxiləsini gözləyirlər.

Ətraflı: (41)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok


4-12-2025, 22:01 93

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041