Sumqayıtda tikinti işləri evə ziyan vurur: Prezident təqaüdçüsü serebral iflicli uşaq təhlükə altında yaşayır - FOTO/VİDEO

 
Sumqayıt şəhərinin 15-ci məhəlləsində – Asan Xidmətin arxasında yerləşən 5 saylı yataqxananın sakinləri uzun müddətdir davam edən tikinti işlərindən narazıdır.

Sakin Kazımov Həsən Söhbət oğlu Sumqayit.tv-yə müraciət edərək bildirib ki, “Sumqayıt Bağları” adı ilə fəaliyyət göstərən tikinti şirkəti təxminən 3 aya yaxındır qazıntı işləri aparır və bu proses evlərə ciddi ziyan vurub.

Onun sözlərinə görə, qazıntılar zamanı binanın divarlarında iri çatlar əmələ gəlib, evdə oturmaq belə təhlükəyə çevrilib. Sakin deyir ki, tikinti işləri barədə heç bir xəbərdarlıq edilməyib və müraciətlərə baxılmır:

“Defələrlə şirkətə, polisə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik, amma heç bir qurum reaksiya vermir. Öz bildikləri kimi işi aparırlar.”

Şikayətçi qeyd edir ki, ən acınacaqlısı ailənin sağlamlıq imkanları məhdud olan bir uşağının olmasıdır. Sakin bildirir ki, övladı serebral iflic xəstəsidir və Prezident təqaüdçüsüdür. Tikinti zamanı yaranan səs-küy, vibrasiya və toz onun səhhətini daha da ağırlaşdırır

“Uşaq iş gedən vaxt sudurğa tutur, səhhəti pisləşir. Hər gün qorxu içindəyik. Divarlar çatlayıb, istənilən an uçma təhlükəsi var.”

Sakin bildirir ki, tikinti şirkəti ya ailəni təhlükəsiz evlə təmin etməli, ya da kompensasiya verərək onların başqa yerə köçməsinə şərait yaratmalıdır:

“Müraciətimin səbəbi düşdüyümüz vəziyyətdən çıxmağımıza aiduyyatı qurumların köməklik göstərməsidir. Bizə ya ev versinlər, ya kompensasiya. Uşağımı belə təhlükənin içində saxlaya bilmirəm.”

Sumqayit.tv məsələ ilə bağlı tikinti şirkəti və aidiyyəti dövlət qurumları ilə əlaqə saxlamağa çalışır. Yaxın zamanda rəsmi mövqeləri dərc ediləcək.




 

 

 

 

 

 

 


5-12-2025, 11:55 97

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041