Zakir Fərəcov 7-8-12-ci məhəllədə sakinlərlə görüşdü-FOTO

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü 7-8-12-ci (birləşmiş) məhəllə ərazisində təşkil olunub. Sumqayit.tv xəbər verir ki, görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə və MKTB-in rəhbərləri, eləcə də müxtəlif dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazilər və məhəllə sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri Zakir Fərəcov sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların qaldırdıqları məsələləri diqqətlə nəzərdən keçirib. Müraciətlərin əsas hissəsi sosial təminat, məişət şəraiti, mənzil-məişət problemləri, məşğulluq və digər sosial yönümlü məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həllini tapıb.

Əlavə araşdırma tələb edən problemlərlə bağlı şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib. O, sakin müraciətlərinə çevik, qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmasının, qaldırılan məsələlərin isə qısa müddətdə icra edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin sakinlərlə açıq dialoqu gücləndirmək, onların problemlərinin daha operativ həllinə nail olmaq məqsədilə səyyar qəbul və görüşlərin mütəmadi və ardıcıl şəkildə keçirildiyi diqqətə çatdırılıb.

Qəbulda səsləndirilən bütün müraciətlər qeydə alınıb və onların həlli istiqamətində zəruri tədbirlər görüləcək.

 

 

 

 


5-12-2025, 16:12 148

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083