Sumqayıt İcra Hakimiyyəti 15-ci məhəllədəki tikinti şikayəti ilə bağlı cavab verdi

 

Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 5 saylı yataqxananın sakinlərinin tikinti işləri ilə bağlı şikayətindən sonra Sumqayit.tv məsələni aydınlaşdırmaq üçün şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışdı. Artıq qurumun rəsmi cavabı daxil olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev sorğuya cavab olaraq bildirib ki, şəhərdə yenidənqurma və köhnə binaların mərhələli şəkildə sökülməsi prosesi hazırda geniş miqyasda davam etdirilir.

Onun sözlərinə görə, bu işlər qəbul olunmuş baş plana uyğun şəkildə aparılır və məqsəd köhnəlmiş, istismar müddətini başa vurmuş binaların yerində daha təhlükəsiz və müasir yaşayış komplekslərinin inşa edilməsidir:

“Sumqayıt şəhərinin baş planına uyğun olaraq genişmiqyaslı abadlaşdırma və yenidənqurma işləri aparılır. Köhnə, istismar müddətini başa vurmuş binalar mərhələli şəkildə sökülür və onların əvəzinə müasir, dayanıqlı yaşayış kompleksləri tikilir.”

E.Qocayev qeyd edib ki, proses hazırda şəhərin bir sıra yaşayış massivlərində — 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl formada davam etdirilir. O, əlavə edib ki, mərhələli şəkildə digər ərazilər də bu layihəyə daxil ediləcək.

Qeyd edək ki, 15-ci məhəllədə aparılan tikinti işlərindən narazı qalan sakinlərin müraciətini ötən həftə Sumqayit.tv-də işıqlandırılmışdı.


8-12-2025, 12:18 119

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083