Restoran və PUB-ların gecə səs-küyü Sumqayıtda narazılığı artırır - ŞİKAYƏT

 
Paytaxtda məişət səs-küyünə qarşı aparılan nəzarət-profilaktik tədbirlər fonunda Sumqayıtda da vəziyyət fərqli deyil. Şəhər sakinləri gecə saatlarında kafe-restoran və əyləncə obyektlərindən yayılan yüksək səs-küy səbəbindən narahat olduqlarını bildirirlər.

Sumqayit.tv-yə daxil olan çoxsaylı şikayətlərə əsasən, xüsusilə istirahət günləri və gecə 00:00-dan sonra səsgücləndiricilərlə yayımlanan musiqilər yaşayış binalarında ciddi narahatlıq mənbəyinə çevrilir.

Sakinlərin sözlərinə görə, bir çox iaşə obyektləri mövcud qanunvericiliyin tələblərinə məhəl qoymadan yüksək səsli musiqini dayandırmır, bu isə insanların istirahət hüququnun pozulmasına səbəb olur:

“Uşaqlar yatmır, yaşlılar narahat olur. Dəfələrlə şikayət etmişik, amma hələlik ciddi tədbir görülməyib”, – deyə şəhər sakinləri bildirirlər.

Sakinlər Sumqayit.tv-yə daxil olan müraciətlərində bildirirlər ki, elə restoranlar və PUB-lar var ki, gecə yarıya qədər, bəzən isə saat 03:00–04:00-dək fəaliyyət göstərərək insanların istirahətinə ciddi maneə yaradırlar.

Bakı və digər bölgələrdə polis əməkdaşlarının bu istiqamətdə reydlər keçirməsi fonunda Sumqayıt sakinləri də oxşar nəzarət-profilaktik tədbirlərin şəhərdə mütəmadi olaraq aparılmasını istəyirlər. Onlar hesab edirlər ki, səs-küyə yol verən obyektlər barəsində profilaktik söhbət aparılmalı, qanunvericiliyə uyğun cərimə və digər tədbirlər tətbiq edilməlidir.

Şikayətlər əsasən bulvar ətrafı obyektlər, məhəllədaxili restoranlar və qapalı məkanlarda keçirilən gecə tədbirləri ilə bağlıdır. Sakinlər aidiyyəti qurumları bu məsələni diqqətdə saxlamağa çağırırlar.

Müəllif: Sumqayit.tv


11-12-2025, 10:53 119

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058