Sumqayıtda yol problemi böhran həddinə çatdı – sakinlərin narazılığı artır - VİDEO

 

Sumqayıtın bir neçə yaşayış massivində – Xəzər bağları (Qala dərəsi küçəsi), İnşaatçılar qəsəbəsi, Yaşıl dərə massivi (Qayalı market istiqaməti), Corat qəsəbəsiKimyaçılar qəsəbəsi (Sultan Məcid Qənizadə küçəsi) üzrə yol infrastrukturu ilə bağlı şikayətlər günbəgün artır. Sumqayit.tv-in ünvanına daxil olan çoxsaylı video-müraciətlər sakinlərin narahatlığının nə qədər ciddi olduğunu bir daha təsdiqləyir.

Yollarda illərlə aparılmayan təmir nəticəsində çala-çuxurlar, batmış hissələr və dağılmış asfalt örtüyü xüsusilə qış aylarında keçilməz vəziyyət yaradır. Yağış və palçıq səbəbindən avtomobillər hərəkət etməkdə çətinlik çəkir, piyadalar isə gündəlik gediş-gəlişdə real təhlükə ilə üz-üzə qalır.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara – xüsusən Sumqayıt şəhər bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, faktiki nəticə müşahidə edilmir. İnsanlar bildirirlər ki, “yalnız sözlə yola verilir, amma ərazidə dəyişiklik yoxdur”.

Daha narahatedici məqamlardan biri isə həmin küçələrdə şəhid ailələrinin də yaşamasıdır. Sakinlər haqlı olaraq sual edirlər:
"Əgər şəhid ailələrinin yaşadığı küçələr belə bu vəziyyətdə qalırsa, adi vətəndaşın yol problemi nə vaxt həll olunacaq?"

Hazırkı durum artıq təkcə məişət narahatlığı deyil, nəqliyyat, təhlükəsizlik və sosial rifah problemi kimi gündəmə gəlir.

Sumqayıt TV olaraq daxil olan bütün müraciətləri ictimailəşdiririk və məsələni gündəmdə saxlamağa davam edəcəyik. Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda real tədbirlər görəcək və sözügedən ərazilərdə normal yol infrastrukturu təmin ediləcək.


15-12-2025, 17:15 85

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058