Sumqayıtda 12 nömrəli avtobus sərnişinləri bezdirib

 

Sumqayıt şəhərində 12 nömrəli marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı ciddi narazılıqlar müşahidə olunur.
Şəhər sakinləri və tələbələr Sumqayit.tv redaksiyasına müraciət edərək, uzun gözləmə müddəti, köhnə avtobuslar və nəzarətsizlikdən şikayət ediblər. Sakinlərin sözlərinə görə, 12 nömrəli marşrut uzun müddətdir müəyyən edilmiş qrafikə uyğun fəaliyyət göstərmir. Bildirirlər ki, avtobuslar səhər və axşam pik saatlarında 8 dəqiqəlik intervalla hərəkət etməli olsa da, real vəziyyətdə 22 dəqiqədən 40–50 dəqiqəyədək gecikmələr yaşanır. Xüsusilə qeyd olunur ki, Stansiya Sumqayıt ərazisində, 12 nömrəli avtobusun əsas xidmət göstərdiyi məhəllələrdə şəhid ailələri, qazilər və köçkün ailələri yaşayır. Sakinlər bildirirlər ki, bu sosial həssas qruplar üçün nəqliyyatın gecikməsi, nasaz avtobusların xəttə buraxılması və məsul qurumların reaksiyasızlığı daha ciddi problemlər yaradır. Sərnişinlər iddia edir ki, gecikmələr səbəbindən orta və ali məktəb tələbələri dərslərə çata bilmir: “Səhər saatında avtobus gözləmək mümkün deyil. 40 dəqiqəyə yaxın dayanacaqda gözləyirik. Köhnə avtobuslar tez-tez nasazlanır, təmir olunmadan yenidən xəttə buraxılır. Kimə müraciət ediriksə, nəticə olmur”, – deyə sakinlər bildiriblər. Şikayətçilər həmçinin qeyd edirlər ki, marşrut üzrə fəaliyyət göstərən avtobus qarajında nəzarət zəifdir, müraciət edən sərnişinlər bəzən avtobus təsərrüfatının rəhbərliyindən və AYNA nümayəndələrindən kobud münasibətlə qarşılaşdıqlarını iddia edirlər. “Qaraja zəng edəndə sual verməyə qoymurlar, əsəbi şəkildə danışırlar. Niyə avtobus gecikir, niyə nasaz avtobus xəttə buraxılır – bu suallara cavab verilmir”, – şikayətdə vurğulanır. Məsələ ilə bağlı daşıyıcı şirkət və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayırıq. Qurumların mövqeyi daxil olan kimi yayımlanacaq.


23-12-2025, 21:24 109

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041