AZAL təyyarəsinin Qroznı üzərində vurulmasından bir il ötür – Rusiya verdiyi vədləri yerinə yetirməyib

 Bu gün, dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin Rusiya Federasiyasının Qroznı şəhəri üzərində vurulmasından bir il ötür.
Nəticədə 38 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. Hadisə regionda və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğursa da, aradan keçən bir il ərzində Rusiya tərəfi verdiyi vədlərin heç birini yerinə yetirməyib.
Faciədən dərhal sonra Rusiya rəsmiləri, o cümlədən ölkə prezidenti hadisənin obyektiv araşdırılacağı, günahkarların müəyyən ediləcəyi və zərərin kompensasiya ediləcəyi ilə bağlı açıqlamalar versələr də, indiyədək bu istiqamətdə real addımlar atılmayıb. Hadisənin məsuliyyəti ilə bağlı rəsmi mövqe açıqlanmayıb, günahkar şəxslər məsuliyyətə cəlb olunmayıb.
Eyni zamanda, qəza ilə bağlı Qazaxıstan tərəfinin dekabrın 25-də açıqlayacağı bildirilən hesabat da hələlik ictimaiyyətə təqdim edilməyib. Bu isə araşdırma prosesinin uzadılması və məsələnin qeyri-müəyyən saxlanılması ilə bağlı sualları daha da artırır.
Azərbaycan ictimaiyyətində və ekspert dairələrində hesab olunur ki, beynəlxalq aviasiya hüququnun kobud şəkildə pozulduğu bu hadisəyə hüquqi-siyasi qiymət verilməməsi Bakının haqlı narazılığına səbəb olur. Məsələ ilə bağlı rəsmi Bakının səbrinin tükəndiyi, beynəlxalq platformalarda daha sərt mövqe nümayiş etdirə biləcəyi də istisna edilmir.
Qeyd edək ki, AZAL-a məxsus mülki təyyarənin vurulması beynəlxalq aviasiya tarixində ən ağır insidentlərdən biri kimi qiymətləndirilir və hələ də açıq qalan suallar cavabını gözləyir.

Müəllif: Sumqayit.tv

25-12-2025, 08:52 44

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041