Hacı Zeynəlabdin istiqamətində hərəkət edən 55 nömrəli marşrutda gecikmələr olur- ŞİKAYƏT

 
Sumqayıtda avtobus sayı azaldığı üçün 55 nömrəli marşrutda sıxlıq artıb.

Sumqayit.tv redaksiyasına daxil olan şikayətdə bildirilir ki, Hacı Zeynəlabdin qəsəbəsinə gedən 55 nömrəli marşrut xətti üzrə sərnişindaşımada ciddi problemlər meydana gəlib. Bu dəfəki şikayət "Naxalstroy" adlanan yaşayış massivindən gəlib. Şikayətçilər bildiri ki, "Naxalstroy" yaşayış massivi H.Zeynəlabdin qəsəbəsinin ərazisi sayılır və burada yaşayan əhali üçün cəmi 2 avtobusun fəaliyyəti gündəlik nəqliyyat tələbatını ödəmək üçün kifayət etmir.

Sakinlərin sözlərinə görə, bəzən avtobus üçün dayanacaqlarda 30 dəqiqədən 1 saata qədər gözləmək məcburiyyətində qalırlar. Ən problemli saatlar axşam pik vaxtlarında olur.  "Saat 16:30-dan dayanacaqlarda gözləyirik, evə çatmaq isə 1–1,5 saat vaxt aparır. Avtobus gəldikdə isə sərnişin sıxlığından içəri minmək mümkün olmur. Uşağımızı bağçadan götürüb evə qayıtmaq üçün bir saatdan artıq marşrut gözləyirik”, – deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı əhali bildirir ki, marşrut xəttində ən azı 3–4 avtobusun fəaliyyəti təmin olunsa, problem qismən də olsa aradan qalxar və insanlar vaxtında işdən çıxıb evlərinə çata bilərlər.

Redaksiyamıza daxil olan digər müraciətlər də göstərir ki, Sumqayıtda bir neçə marşrut xəttində oxşar problemlər mövcuddur. Sərnişinlər əsasən avtobus çatışmazlığı, uzun intervallar, köhnə nəqliyyat vasitələri və nəzarətin zəif olmasından narazıdırlar.

Məsələ ilə bağlı daşıyıcı şirkətin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mövqeyini ictimaiyyətə təqdim etməyə hazırıq.

Müsəllif: Sumqayit.tv


25-12-2025, 16:51 80

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041