Sumqayıtın Corat qəsəbəsində yol problemi sakinlərin narazılı edirlər -FOTOFAKT

 

Sumqayıt şəhərinin Corat qəsəbəsi, 2-ci məhəllə, Ələğa Vahid küçəsində yol infrastrukturunun bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.

Sözügedən küçədə yaşayan vətəndaşlar Sumqayit.tv-yə bildiriblər ki, yol uzun müddətdir baxımsız vəziyyətdədir və gündəlik hərəkət üçün ciddi çətinliklər yaradır.

Sakinlərin sözlərinə görə, yol örtüyü tamamilə dağılıb, yağışlı havalarda isə ərazi iri gölməçələrlə dolur. Nəticədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin küçədən rahat keçməsi mümkünsüz hala gəlir. Bildirilir ki, xüsusilə payız-qış mövsümündə vəziyyət daha da ağırlaşır.

Şikayətçilər qeyd edirlər ki, problem ilə bağlı dəfələrlə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlansalar da, indiyədək hər hansı əsaslı tədbir görülməyib. Küçənin uzun müddətdir diqqətdən kənarda qaldığı iddia olunur.

“Artıq bezmişik. Bilmirik dərdimizi kimə deyək. Bu küçəyə baxan yoxdur”, – deyə sakinlər bildirirlər.

Vətəndaşlar məsələni təsdiqləyən imzalar və şəxsiyyət vəsiqələrinin seriyaları ilə birlikdə müraciətlərini təqdim etdiklərini vurğulayır və problemin ictimailəşdirilməsini xahiş edirlər.

Sumqayit.tv olaraq mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə və məsələnin gedişini izləməyə hazırıq. Rəsmi açıqlama daxil olduğu halda ictimaiyyətə təqdim ediləcək.

 

 


26-12-2025, 17:50 91

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041