Dünya ilə Azərbaycan arasında Rafael Ağayev fərqi – Dünya tanıyır, cəmiyyət soruşur, suallar isə qalır

 

Dünya Karate Federasiyası (WKF) Azərbaycan karate məktəbinin canlı əfsanəsi, Sumqayıtlı idmançı Rafael Ağayev haqqında paylaşım edib.

Sumqayit.tv xəbər verir ki, WKF-in 3 gün əvvəl yaydığı paylaşımda Rafael Ağayevin idman karyerası ilə bağlı maraqlı faktlara yer verilib. Qurum “Şərqin Panteri” ləqəbi ilə tanınan Ağayevin karate tarixində fərdi dünya çempionatlarının sayına görə ən çox titul qazanan idmançı olduğunu xüsusi vurğulayıb.

Paylaşımda qeyd olunur ki, 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olan Rafael Ağayev Şotokan üslubunda karate ilə məşğul olur, 5 qat dünya, 11 qat Avropa çempionudur və Tokio-2020 Yay Olimpiya Oyunlarında −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.

WKF, həmçinin Rafael Ağayevin idmana 7 yaşında başlamasını, ailəsinin – xüsusilə anasının onun intizamının və həyat dəyərlərinin formalaşmasında mühüm rol oynadığını da diqqətə çatdırıb.

WKF-ın paylaşımı, sosial şəbəkələrdə müzakirə səbəb yaradan məqam

Qeyd edək ki, 26 dekabr tarixində 2025-ci ilin idman yekunlarına həsr olunan və Prezident İlham Əliyevin iştirak etdiyi rəsmi mərasimə dünya səviyyəsində tanınan və hörmət edilən Rafael Ağayevin dəvət olunmaması sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.

Bir çox istifadəçi və idman ictimaiyyətinin nümayəndələri karate tarixinin ən titullu idmançılarından birinin belə bir tədbirdə yer almamasını ədalətsiz yanaşma kimi qiymətləndirib. Sosial mediada Rafael Ağayevin xidmətlərinin dövlət səviyyəsində daha geniş şəkildə qiymətləndirilməli olduğu fikirləri səsləndirilib.

Eyni zamanda, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Rafael Ağayevin tədbirə dəvət olunmamasının səbəbi kimi bəzi məmurların mövcudluğunu iddia edir. Paylaşımlarda bu qərarın idmançının uğurları ilə deyil, subyektiv münasibətlərlə əlaqəli ola biləcəyi ehtimalları irəli sürülür və məsələyə aydınlıq gətirilməsinin vacibliyi vurğulanır.

Maraqlıdır ki, məhz bu müzakirələrin fonunda Dünya Karate Federasiyasının Rafael Ağayev haqqında paylaşımı idmançının beynəlxalq aləmdə nüfuzunun və dəyərinin dəyişməz olduğunu bir daha nümayiş etdirib.


Xatırladaq ki, bir neçə həftə əvvəl Rafael Ağayev özü də ona qarşı olan münasibətdən gileylənmiş, müəyyən yanaşmaların onu məyus etdiyini açıq şəkildə ifadə etmişdi. Həmin açıqlamalar da idman ictimaiyyətində və sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.


Müəllif: Sumqayit.tv


28-12-2025, 13:15 296

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019