Sumqayıtda tikinti qalmaqalı-Sakinlərə təhlükə yaradan inşaat dayandırıldı - AÇIQLAMA

 

 

Xəbər verdiyimiz kimi, Sumqayıtda yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri narahatlığa səbəb olub. 

Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sumqayit24.az-az-a bildirilib ki, 

Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların, yataqxanaların sökülərək, yerində "KM GROUP" MMC tərəfindən müasir üslubda çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 03 aprel 2025-ci il tarixli  sərəncamı verilmişdir.


"Lakin sifarişçi tərəfindən icazəverici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri (qazıntı) aparıldığı üçün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tikinti işlərinin dayandırılması barədə 26 sentyabr 2025-ci il tarixli "Qərar" verilmiş və "Qərar" sifarişçiyə təqdim edilmişdir. 

Sifarişçi "KM GROUP" MMC tərəfindən "QƏRAR"ın tələblərinə əməl olunmadan tikinti işləri davam etdirildiyinə görə tərəfimizdən inzibati protokol tərtib olunmuşdur. 

Hal-hazırda tikinti işləri aparılmır. 

"QƏRAR"ın surəti əraziyə nəzarət etmək üçün yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına göndərilmişdir", -deyə qurumdan bildirilib.



****
Sumqayit.tv
xəbər verir ki, Sumqayıt şəhərinin 15-ci məhəlləsi ərazisində aparılan söküntü işləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narahatlıq yaradıb.

Kadrlardan görünür ki, yaşayış üçün yararsız hesab edilən köhnə yataqxana binaları sökülür və ərazidə yeni bina kompleksinin inşası planlaşdırılır. Lakin söküntü işlərini həyata keçirən şirkətin fəaliyyəti ciddi təhlükə doğurur.

İddialara görə, sökülən bina həddindən artıq dərin qazılıb və bu proses hələ söküntüsünə başlanılmayan, içində insanların yaşadığı qonşu binanın təhlükəsizliyini risk altına alıb. Video çəkən şəxs bildirir ki, mövcud vəziyyət istənilən an qəza ilə nəticələnə, hətta binanın konstruksiyası çökə bilər. Bu isə ağır faciəyə yol aça bilər.

Görüntülərdə bina divarlarının dibinin boşaldığı, ərazidə lazımi təhlükəsizlik tədbirlərinin görülmədiyi aydın şəkildə sezilir. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, hələlik konkret tədbir görülməyib.

Məsələ ictimai rezonans doğurduğundan, sakinlər təhlükəsizliyin təmin olunmasını, söküntü işlərinə nəzarətin gücləndirilməsini və məsul şəxslərin açıqlama verməsini tələb edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışırıq. Mövzu diqqətimizdədir.




30-12-2025, 16:43 57

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019