Hesablama Palatası Sumqayıtda tullantıların idarə olunmasında səmərəsizliyi üzə çıxarıb

 
Hesablama Palatası tərəfindən aparılan səmərəlilik auditi Sumqayıt şəhərində təhlükəsiz tullantıların idarə olunması sahəsində ciddi nöqsanların mövcud olduğunu ortaya qoyub.

Sumqayit.tv xəbər verir ki, audit nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı aparılıb və aşkar edilən nöqsanların böyük hissəsinin bu günədək aradan qaldırılmadığı bildirilib.

Hesabatda qeyd olunub ki, Sumqayıt şəhərində “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə məxsus, 110 hektar ərazidə yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunun kənar hüquqi şəxslərin istifadəsinə verilməsi nəticəsində iqtisadi səmərənin itirildiyi müəyyən edilib. Bununla yanaşı, bu prosesin mövcud hüquqi aktların tələblərinə uyğunlaşdırılmadığı vurğulanıb.

Audit sənədlərinə əsasən, təhlükəsiz tullantıların hərəkəti və idarə olunması sahəsində hüquqi tənzimləmə mexanizmləri yetərli səviyyədə tətbiq edilməyib. Eyni zamanda, dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış uzunmüddətli aktivlər, o cümlədən yükdaşıyan nəqliyyat vasitələri üzrə amortizasiya normalarının düzgün tətbiq olunmadığı da qeyd edilib.

Hesabatda Sumqayıt şəhəri üzrə kommunal təsərrüfat strukturlarının maliyyə hesabatlarının vaxtında tərtib edilməməsi və aidiyyəti qurumlara təqdim olunmaması halları da diqqətə çatdırılıb. Bu amilin şəffaflığın azalmasına və maliyyə nəzarətinin zəifləməsinə səbəb olduğu bildirilir.

Hesablama Palatası vurğulayıb ki, aşkarlanmış bütün nöqsanlarla bağlı qəbul edilmiş qərarların icrası hazırda izlənilmə mərhələsindədir.


Müəllif: Sumqayit.tv

Mənbə: "Report"


13-01-2026, 13:59 135

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095