Xızıda kanalizasiya problemi: "Yeni Yaşma" sakinləri antisanitar şəraitdə yaşayır - FOTO

 

Xızı rayonunun "Yeni Yaşma" qəsəbə sakinləri uzun illərdir həllini tapmayan ciddi bir problemlə üz-üzə qalıblar.
Sakinlərin Sumqayit.tv-yə müraciətində bildirilir ki, qəsəbədə kanalizasiya sistemi mövcud deyil və bu vəziyyət gündəlik həyatı dözülməz hala salıb.

Şikayətdə qeyd olunur ki, qəsəbədə bütün həyətlərdə kanalizasiya olmadığı üçün kustar üsulla qazılmış çirkab quyularından istifadə olunur. Nəticədə həyətlər çirkab suları ilə dolur, antisanitar şərait yaranır. Maddi imkanı olan sakinlər müəyyən aralıqlarla bu quyuları təmizlətdirsələr də, imkanı olmayan ailələr xüsusilə yay aylarında ağır sanitar vəziyyətlə, qış aylarında isə palçıq və üfunətlə yaşamaq məcburiyyətində qalırlar.

Sakinlər bildirirlər ki, müasir dövrdə, xüsusilə müxtəlif virus və infeksiyaların yayıldığı bir zamanda belə bir şəraitdə yaşamaq sağlamlıq üçün ciddi təhlükə yaradır və sosial-iqtisadi problemləri daha da dərinləşdirir.

"Yeni Yaşma" sakinləri aidiyyəti qurumlara, xüsusilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanova müraciət edərək, bu məsələnin indiyədək hansı səviyyədə qaldırıldığı və niyə hələ də həll olunmadığı ilə bağlı suallar ünvanlayırlar. Onlar bildirirlər ki, daha əvvəl verilmiş şifahi vədlər hələ də reallaşmayıb.

Sakinlər xahiş edirlər ki, problemin həlli üçün Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılsın, maliyyə maneələri aradan qaldırılsın və qəsəbəyə kanalizasiya sisteminin çəkilməsi üçün real addımlar atılsın.

Sumqayit.tv məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırdır.

 

 

 

 

 


24-01-2026, 16:44 119

Digər xəbərlər

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 12:13
Dünən, 21:53
Dünən, 21:48
Dünən, 12:44
Dünən, 12:20
Dünən, 12:11
Dünən, 11:51
Dünən, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1040