Sumqayıtda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib - FOTOLAR

  

Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı “Kimyaçı” mədəniyyət sarayında baş tutub.

Sumqayit.tv xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin nümayəndəsi Vəfadar Bağırov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardından Sumqayıtın inkişafına dair film nümayiş etdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, “Konstitusiya və Suverenlik ili” elan olunan 2025-ci il Sumqayıt üçün uğurlarla yadda qalıb. O vurğulayıb ki, dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər şəhərin sosial-iqtisadi göstəricilərinin artmasına şərait yaradıb.

Qeyd olunub ki, Sumqayıt sürətlə inkişaf edərək Cənubi Qafqazın ikinci ən iri sənaye mərkəzinə çevrilib. Şəhərdə kimya, neft-kimya, metallurgiya, maşınqayırma, elektroenergetika və digər sahələr üzrə onlarla iri istehsal müəssisəsi fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 40 rezident qeydiyyata alınıb, onlardan 28-i artıq fəaliyyət göstərir.

Məruzədə bildirilib ki, Sumqayıt təkcə sənaye deyil, eyni zamanda elm, təhsil, səhiyyə, mədəniyyət və şəhər təsərrüfatı sahələrində də inkişaf edir. Qarşıda duran əsas vəzifələr sırasında yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsi, kommunal xidmətlərin yaxşılaşdırılması və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində köhnə, qəzalı yaşayış binalarının sökülərək sakinlərin yeni mənzillərlə təmin olunması yer alır.

Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2025-ci ildə ölkədə sosial-iqtisadi inkişafın təmin edildiyini, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini qeyd edib.

Hesabat yığıncağında digər rəsmi şəxslər də çıxış edərək görülən işləri təhlil edib, mövcud problemlər və onların həlli yolları ilə bağlı təkliflər səsləndiriblər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


Bu gün, 11:04 20

Digər xəbərlər

XVIII turun açılışı: “Sumqayıt” səfərdə “Karvan-Yevlax”la üz-üzə

Sumqayıtda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib - FOTOLAR

Sumqayıtda fəaliyyət göstərən"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb

Sumqayıt Azərbaycanın yeni sənaye xəritəsində əsas mərkəzə çevrilir

Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq — YENİ CƏRİMƏ

Sumqayıtda yeni istehsal müəssisəsi: İldə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək

Sumqayıt Sənaye Parkında güzgü istehsalına start verildi

“Sumqayıt” klubunun futbolçuları üçün hakim idarəçiliyi mövzusunda seminar

ANALİZ: Teatrda struktur islahatı: Sumqayıt Dövlət Dram Teatrını nə gözləyir?

Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda vətəndaşlara pulsuz hüquqi dəstək olundu - FOTOLAR - FOTOLAR

Məktəblilərin yolu palçıqdan keçir: Sumqayıtda acınacaqlı vəziyyət - FOTO

Sumqayıtda vətəndaşların hüquqi biliklərinin artırılmasına yönəlmiş tədbir keçirilib - FOTO

Sumqayıtda qəza - Xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda mənzillər bahalaşacaq

Sumqayıt marşrutlarında avtobus sayı artırılır, intervallar qısaldılır

Bakı–Sumqayıt dəmir yolu xəttində sərnişin sayı rekord həddə çatıb

Magistral yollarda qəza statistikası: Bakı–Sumqayıt xətti ön sırada

Dəm qazı Hacı Zeynalabdin qəsəbəsində daha bir can aldı

Prezident İlham Əliyevin bugünkü səfəri Sumqayıtın iqtisadi gələcəyinə verilən mesajdır

1 2 3 4 5 6 7 8 9 10 ... 1012
Bu gün, 12:05
Bu gün, 11:04
Bu gün, 10:01
Dünən, 20:50
Dünən, 16:11
Dünən, 14:27
Dünən, 10:50
Dünən, 10:15
Dünən, 09:46
Dünən, 09:42
28-01-2026, 22:49
28-01-2026, 22:46
28-01-2026, 22:26
28-01-2026, 19:39
28-01-2026, 12:15
28-01-2026, 11:08
28-01-2026, 11:03
28-01-2026, 11:00
28-01-2026, 10:22
27-01-2026, 20:31
27-01-2026, 18:01
27-01-2026, 17:30
27-01-2026, 14:36
27-01-2026, 12:40
27-01-2026, 12:10
27-01-2026, 11:41
27-01-2026, 11:29
27-01-2026, 08:14
26-01-2026, 20:00
26-01-2026, 18:55
26-01-2026, 18:47
26-01-2026, 18:43
26-01-2026, 15:43
26-01-2026, 15:28
26-01-2026, 13:45
26-01-2026, 11:35
26-01-2026, 11:11
26-01-2026, 11:06
26-01-2026, 10:37
25-01-2026, 19:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1012