Deputat Elnarə Akimova: “Sumqayıtda yol və yaşayış problemləri mərhələli şəkildə həll olunacaq”

 

2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, mövcud problemlər də müzakirə olunub.


Bu kontekstdə küçələrdə, mikrorayon və məhəllələrdə yol infrastrukturu, yaşayış binalarının vəziyyətinə dair məsələlərin həlli ilə bağlı prioritetləri öyrənmək istədik. Məsələ ilə bağlı 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Elnarə Akimovaya suallar ünvanladıq.

Milli Məclisin deputat Elnarə Akimova Sumqayit.tv-yə açıqlamasında bildirdi ki, hesabat yığıncağında Sumqayıtın 2025-ci ildə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərlə yanaşı, şəhərin inkişafı fonunda mövcud olan problemlər də açıq və obyektiv şəkildə müzakirə olundu.


Onun sözlərinə görə, son illər Sumqayıtda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılsa da, bir sıra məsələlər hələ də prioritet olaraq qalır:

“Yol infrastrukturunun köhnəlməsi, kanalizasiya və mühəndis-kommunikasiya xətlərinin yenilənməsi, eləcə də istismar müddətini başa vurmuş yaşayış binaları ilə bağlı problemlər diqqət mərkəzindədir. Bu istiqamətdə mərhələli yanaşma müəyyən edilib. Əsas vəzifələr sırasında yolların əsaslı təmiri və yenidən təşkili, köhnə kanalizasiya sistemlərinin müasir standartlara uyğun qurulması, təhlükə yaradan binaların sökülməsi və onların yerində müasir, təhlükəsiz yaşayış binalarının inşası dayanır”.


Millət vəkili çıxışı zamanı vurğuladığı bu məsələləri konseptual şəkildə gündəmə gətirib və Sumqayıtın yenidən qurulmasının yalnız vizual dəyişiklik olmadığını xüsusi qeyd edib:


“Sumqayıtın inkişafı insan həyatının keyfiyyətinə xidmət edən dərin və davamlı şəhərsalma prosesidir. Uzun illər istismar olunmuş yaşayış binalarının mərhələli şəkildə yenilənməsi, yolların və kommunikasiya xətlərinin müasir şəhər tələblərinə uyğunlaşdırılması insan amilini əsas hesab edən dövlət siyasətinin real təzahürüdür. Bu problemlər hesabatda xüsusi olaraq qeyd olundu və onların həlli gələcək mərhələlər üçün əsas prioritetlər sırasında göstərildi”.


Elnarə Akimova əminliklə bildirdi ki, icra hakimiyyətinin müəyyən etdiyi konkret tədbirlər planı və ardıcıl şəhərsalma siyasəti nəticəsində Sumqayıtda yol infrastrukturu, yaşayış fondunun yenilənməsi və ümumi yaşayış mühiti ilə bağlı problemlər mərhələli şəkildə aradan qaldırılacaq:


“Məqsəd təkcə bu günün çətinliklərini aradan qaldırmaq deyil, gələcək nəsillər üçün daha təhlükəsiz, daha rahat və yaşamaq üçün daha cəlbedici bir Sumqayıt formalaşdırmaqdır”.


Müəllif: Sumqayit.tv


31-01-2026, 16:31 347

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041