509 nömrəli marşrutla bağlı ciddi iddia: Sumqayıtlı sərnişin AYNA-nın cavabını təkzib edir - ŞİKAYƏT

  
Sumqayıt–Lökbatan istiqamətində fəaliyyət göstərən 509 nömrəli müntəzəm avtobus marşrutu ilə bağlı vətəndaş şikayəti gündəm yaradıb.

Sumqayit.tv-yə müraciət edən Sumqayıt sakini Niyaz Aslanzadə bildirib ki, təxminən iki ildir hər gün Sumqayıt avtovağzalından Lökbatan dairəsinə getmək üçün 509 nömrəli avtobusdan istifadə edir. Onun sözlərinə görə, sonradan məlum olub ki, marşrutun rəsmi hərəkət sxeminə əsasən avtobus Lökbatan qəsəbəsinə daxil olmalıdır.

İzləyici qeyd edir ki, bu məlumatı həm AYNA-nın rəsmi saytında yerləşdirilən marşrut xəritəsində, həm də qaynar xətt operatoru ilə əlaqə saxladıqdan sonra dəqiqləşdirib. Lakin real vəziyyət fərqlidir:

“İki ildir həmin avtobus Lökbatan qəsəbəsinə girmir. Sürücü və dispetçer hər dəfə bildirir ki, son dayanacaq Binə Ticarət Mərkəzidir. Mən də bu səbəbdən hər gün əlavə yol pulu ödəyərək başqa avtobusla Lökbatana gedirdim.”

Vətəndaş məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) rəsmi şikayət ünvanladığını, lakin qurumdan gələn cavabın reallıqla üst-üstə düşmədiyini iddia edir. AYNA-nın İdarə Heyətinin sədr müavini Heydər Rüstəmovun imzaladığı cavab məktubunda 509 nömrəli marşrut üzrə hərəkət sxeminə əməl olunduğu bildirilib.

İzləyici isə bu cavabı əsassız sayır və bildirir ki, cavab məktubundan bir gün əvvəl və bir gün sonra da eyni marşrutla hərəkət edib və vəziyyət dəyişməyib:

“Cavabdan sonra da avtobus yenə Lökbatana girmədi. Sürücü yenə eyni sözləri dedi. Bu halda ya araşdırma aparılmayıb, ya da araşdırma barədə rəhbərliyə yanlış məlumat verilib.”

Vətəndaş məsələ ilə bağlı həm marşrut xəttindəki özbaşınalığın, həm də rəsmi qurumun verdiyi cavabın obyektivliyinin araşdırılmasını xahiş edir. O, AYNA-dan göndərilən cavab məktubunun surətini də redaksiyamıza təqdim edib.

Sumqayit.tv məsələni aydınlaşdırmaq üçün AYNA-ya sorğu ünvanlayıb.


2-02-2026, 14:43 148

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060