Sumqayıtda market şikayəti: vitrində başqa, kassada başqa qiymət

 

Sumqayıtda yerləşən Bravo supermarketində qiymət fərqi ilə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır.

Sumqayit.tv xəbər verir ki, Yenisabah.az-ın məlumatına əsasən, sosial şəbəkə istifadəçisi Ceyhun Savalanlı Bağçaşəhər ərazisində yerləşən "Bravo" market filialında zeytun məhsulunun vitrində göstərilən qiyməti ilə kassada hesablanan məbləğin fərqli olduğunu iddia edib.

Onun sözlərinə görə, vitrində məhsulun qiyməti 8,99 manat göstərilsə də, kassada ödəniş zamanı məbləğ 12,59 manat olaraq çıxıb. Müştəri bildirib ki, qiymət fərqini yalnız ödəniş etdikdən sonra görüb və pulun geri qaytarılmasını tələb etməyib.

Savalanlı qeyd edib ki, bu hal artıq ikinci dəfə təkrarlanır və belə fərqlər alıcılar üçün narazılıq yaradır. O, adətən həmin marketdən 200–250 manatlıq alış-veriş etdiyini, lakin bu dəfə az məhsul aldığı zaman belə bir vəziyyətlə üzləşdiyini bildirib.

Paylaşımdan sonra mövzu sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər oxşar hallarla digər marketlərdə də qarşılaşdıqlarını bildiriblər. Onların sözlərinə görə, vitrində göstərilən qiymətlə kassadakı məbləğ arasında fərq bəzən alıcıların diqqətindən yayınır.

Digər istifadəçilər isə məsələyə fərqli yanaşıb. Onların sözlərinə görə, vitrində göstərilən məhsulla alınan məhsul fərqli ola bilər. Məsələn, bəziləri qeyd edib ki, vitrində tumlu qara zeytunun qiyməti göstərildiyi halda, çekdə tumsuz yaşıl zeytun qeyd olunub və qiymət fərqi də məhz bundan qaynaqlana bilər.

Bəzi şərhlərdə isə malların vitrində düzgün yerləşdirilməməsinin belə anlaşılmazlıqlara səbəb olduğu vurğulanıb. İstifadəçilər məhsulu alarkən həm etiketdə yazılan adı, həm də barkodu diqqətlə yoxlamağın vacib olduğunu bildiriblər.

Digər tərəfdən, bəzi vətəndaşlar hesab edirlər ki, bu kimi hallarda məsuliyyət mağazanın üzərinə düşür və qiymət etiketləri daha aydın şəkildə yerləşdirilməlidir.

Müştərinin sözlərinə görə, məsələ ilə bağlı Bravo marketin əməkdaşları onunla əlaqə saxlayaraq yaranan problemə görə üzr istəyiblər. Bununla belə, sosial şəbəkədə bir çox istifadəçi belə halların təkrarlanmaması üçün daha ciddi nəzarətin vacib olduğunu qeyd edib.


10-03-2026, 21:28 118

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040