
Sumqayıt şəhərində yerləşən 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə məlumatı Abşeron‑Xızı Regional Təhsil İdarəsi açıqlayıb.
Bildirilib ki, edilən dəyişikliklə əlaqədar olaraq liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Qəbul prosesi bundan sonra yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur.

11-03-2026, 13:48
42