“Qayalı Gold Market”də nə satırlar... necə satırlar... BİLƏN VARMI?

    
Xırdalan şəhər sakini Zaur Dadaşov Referans Mediaya müraciət edərək probleminin həllinə kömək etməyimizi, onu ictimailəşdirməyimizi istəyir. Məsələ odur ki, bu ailənin iki üzvü qidadan zəhərlənib. Lakin bürokratik əngəllər səbəbindən günahkarların cəzalandırılmasına nail ola bilmir.

Dadaşovlar bu il yanvarın 4-də Sumqayıt şəhəri 10-cu mikrorayon Babək küçəsində yerləşən “Qayalı Gold Market”dən alış-veriş edərkən balıq alıblar. Balığı aparıb soyuducunun buzxanasında saxlayıblar. Yanvarın 17-də dondurulmuş balığı çıxardıb yeyiblər.
Ailə üzvlərindən ikisi – Tofiq Dadaşovun həyat yoldaşı Lamiyə Dadaşova və oğlu Elşad Dadaşov balıqdan yeyib, ailənin digər üzvləri isə balıqdan yeməyiblər. Bir qədər keçdikdən sonra Lamiyə xanım və oğlu Elşad özünü pis hiss etməyə başlayıblar.
Getdikcə vəziyyətləri daha da pisləşib. Onları Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada xəstələrə ilk tibbi yardım göstərilərək Bakının keçmiş “Semaşko” xəstəxanası, indiki 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilirlər. Paytaxtda Dadaşovlara zəhərlənmə diaqnozu qoyulur.
Elşad Dadaşov oradan Qarayev adına Uşaq Klinikasının, Lamiyə Dadaşova isə “Semaşko” reanimasiyasına yerləşdirilir. Lamiyə xanım dörd gün koma vəziyyətində qalır. Həkimlərin gərgin əməyi nəticəsində, uzun müddətli müalicələrdən sonra səhhətləri qismən bərpa olunsa da qida zəhərlənməsinin fəsadları hələ də qalır, əziyyət verir.
Ana-oğul Dadaşovlar hələ də keçmiş həyat tərzlərinə qayıda bilmirlər. Lamiyə Dadaşova başlarına gələn bu bəlanın elmi adının botulizm olduğunu bildirir. Botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.
Lamiyə xanım deyir ki, botulizm xəstəliyi onu yarımcan edib. Tez-tez əsəbiləşir, əvvəlki kimi bütün qüvvəsini, diqqətini işə yönəldə bilmir. Bu həm də onun, ailəsinin maddi vəziyyətinə də mənfi təsir edir.
Lamiyə Dadaşova müəllimdir, lakin istədiyi kimi dərs keçə bilmir. Sağlamlığının pozulması iş rejiminə, işinini keyfiyyətinə də pis təsir edib. Artıq əlavə dərs, imtahan hazırlığına gələn şagirdlərin sayında da azalma var.
Zaur Dadaşov da, Lamiyə Dadaşova da bildirir ki,
şikayət etmədikləri çox az dövlət strukturlaru qalıb. Hara müraciət edirlərsə, işlərinin qəsdən dolaşığa salındığını deyirlər. İndi ümidləri bizim sayta və ictimai fikrədir. Bəlkə məqaləmizi oxuyandan sonra əlaqədar dövlət təşkilatları hərəkətə gələrlər. Yoxsa, şikayətçinin dediyinə görə qarşı tərəfin imkanının, pulunun çoxluğu onların əməllərini ört-basdır.
Hadisədən 3 ay keçsə də əməli bir iş hasil olmur. Balığın satıldığı Sumqayıtdakı “Qayalı Gold Market” rəhbərliyinin, oranı işlədənlərdən heç nə soruşan yoxdur. Heç birinin adı da çəkilmir.
Yalnız camaat arasında Nemes Faiq deyilən adamın adı hallandırılır. Çünki mağazada balıq satışını o təşkil edir. Lakin bu ümumən market rəhbərliyi məsuliyyətdən azad etmir.
Hörmətli hüquq-mühafizə orqanları, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları, məsul şəxsləri bəlkə bu məsələni ciddi araşdırsınlar. Mövzunu davam etdirəcəyik.(Referans Mediaya)


Sumqayit.tv olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 


13-03-2026, 21:43 341

Digər xəbərlər

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:57
Bu gün, 15:53
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
1 2 3 4 5 6 7 8 9 10 ... 1059