
Sumqayıtda Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol – 10 il” adlı tədbir təşkil olunub.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin aparıcısı Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov olub. Şəhidlərə həsr olunmuş videoçarx iştirakçılara təqdim edilib.
Çıxış edənlər – Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, deputatlar Elnarə Akimova və Rizvan Nəbiyev Aprel döyüşlərinin əhəmiyyətindən danışıblar. Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və qazi Əhliyyət Mehdiyev də xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində müxtəlif musiqi və səhnə çıxışları təqdim olunub. Sonda “Qarabağ şikəstəsi” ifası ilə proqram yekunlaşıb.







2-04-2026, 12:39
26