
Sumqayıtda mart ayının sonlarında yağan güclü yağışların yaratdığı fəsadlar bu günə qədər aradan qaldırılmayıb.
Sumqayit.tv-nin əldə etdiyi məlumata görə, yağışlardan sonra 10-cu mikrorayon ərazisində, “Qold Qayalının” arxasında yerləşən yolda ciddi çökmə baş verib. Nəticədə həmin ərazidə hərəkət çətinləşib və yolun bir hissəsi istifadəyə yararsız vəziyyətə düşüb.
Sakinlərin sözlərinə görə, hadisədən sonra ərazidə müvafiq qurumlar tərəfindən hələlik əsaslı təmir işlərinə başlanılmayıb. Bu isə həm nəqliyyatın hərəkətində çətinliklər yaradır, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.
Qeyd edək ki, güclü yağıntılar Sumqayıtın bir sıra ərazilərində infrastruktur problemlərini üzə çıxarıb və bəzi sahələrdə təsirlər hələ də qalmaqdadır.
3-04-2026, 10:35
31