
Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar”
Sumqayıt şəhərində vətəndaş qaz sayğacının qanunsuz şəkildə söküldüyünü iddia edir.
Bu barədə Sumqayit.tv-yə müraciət edən Məmmədov Elçin Fikrət oğlu bildirib ki, sayğac rəsmi şəkildə onun adına keçirilib və daha öncə qaz əməkdaşları tərəfindən baxış keçirilib.
Onun sözlərinə görə, buna baxmayaraq, sonradan əraziyə gələn əməkdaşlar sayğacı heç bir əsaslı izahat verilmədən sökərək aparıblar.
Hadisənin Sumqayıt şəhəri, Katej ev 105 ünvanında baş verdiyi qeyd olunur.
Vətəndaş baş verən hadisənin araşdırılmasını və məsələyə aydınlıq gətirilməsini tələb edir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.
Müəllif: Sumqayit.tv


Bu gün, 00:07
15