
Sumqayıtda Heydər Əliyev prospektində 7 nömrəli marşrut avtobusu yağışdan sonra yaranan çuxura düşüb.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Bildirilib ki, sözügedən ərazidə uzun müddətdir qazıntı işləri aparılır. Artıq bir aya yaxındır ki, əraziyə asfalt örtüyünün vurulmasına başlanılsa da, işlərin hələ də yekunlaşmadığı qeyd olunur.
Məlumata görə, yağan intensiv yağış nəticəsində qazıntı aparılan hissənin üzəri su ilə örtülüb və nəticədə 7 nömrəli marşrut avtobusu həmin çuxura düşüb.
Hadisə zamanı sərnişinlərin çətin anlar yaşadığı bildirilsə də, ilkin məlumata əsasən xəsarət alan olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 01:02
18