Sumqayıtın 9-cu mikrorayon sakinləri işıq problemindən şikayətlənirlər

 

Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan sakinlər elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı narazılıqlarını bildirirlər.

Sumqayit.tv-yə daxil olan müraciətdə qeyd olunur ki, xüsusilə 23A/8 ünvanı və ətraf binalarda son günlər ciddi elektrik problemi yaşanır.

Sakinlərin sözlərinə görə, artıq 3 gündür ərazidə elektrik enerjisinin uzunmüddətli kəsilməsi müşahidə olunur. Bildirilir ki, bəzi hallarda işıqlar 3-4 saat, hətta dünən təxminən 10 saat ərzində olmayıb.

Vətəndaşlar aidiyyəti qurumlarla əlaqə saxlamaqda da çətinlik çəkdiklərini bildirirlər:

“199 xidmətinə zəng etdik. Şikayət qeydə alındı, amma “nə zaman bərpa olunacağını deyə bilmərik” cavabı verildi. Digər nömrələr isə ya cavab vermir, ya da deaktiv olunub. 21-ci əsrdə şəhərin mərkəzində saatlarla işığın olmaması ciddi problemdir”, – deyə müraciətdə qeyd olunur.

Sakinlər problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsini və elektrik təminatında yaranmış problemin qısa zamanda aradan qaldırılmasını xahiş edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


18-05-2026, 17:16 249
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1086