
Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində güclü yağışdan sonra təhlükəli vəziyyət yaranıb.
Sumqayit.tv-yə daxil olan məlumata görə, Bəhruz Marketin yaxınlığında yolun bir hissəsində çökmə baş verib, eyni zamanda bir neçə ağac aşıb.
Göndərilən görüntülərdə ərazinin təhlükəsizlik lentləri ilə bağlandığı görünür. Bildirilir ki, əraziyə texnika cəlb olunsa da, problemin tam aradan qaldırılması istiqamətində işlərin ləng getdiyi iddia olunur.
Sakinlərin sözlərinə görə, yaranmış vəziyyət piyadaların hərəkətinə ciddi maneə yaradır və ərazi təhlükəli olaraq qalır.
“Traktorlar gəlib, amma iş getmir. Yol çöküb, ağaclar qırılıb. Piyada keçən insanlar çətinlik yaşayır”, – deyə sakinlər bildiriblər.
Ərazi sakinləri aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 20:00
14