Ədalət Verdiyev: "Rəhbərlər görüşürsə,deməli, bəzi məsələlər həllini tapıb"


Bugünki Soçi görüşü əslində noyabrın 10-da baş tutmalı idi. Lakin Paşinyan müxtəlif bəhanələrlə bu görüşdən yayındı".
Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə  görə, görüşün əsas mövzusu Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası prosesidir:

"Əsir-girovlarla paralel  olaraq minalı ərazilərin müzakirəsi və xəritələrin dəqiq şəkildə qaytarılması vacib proseslərdən biridir. Burada söhbət dəqiq xəritələrin verilməsindən gedir. Bundan əvvəl verilən mina xəritələrin dəqiqliyi suallar doğurub və düzgünlüyü 25 faizdən yüksək olmayıb. Həmçinin, Azərbaycanın kifayət qədər üstündə  dayandığı kommunikasiyaların açılması məsələsidir. Belə ki, söhbət Naxçıvanla Azərbaycanının maneəsiz, əlaqələrini  təmin edən kommunikasiyaların açılmasından gedəcək. Çünki biz Ermənistanla Xankəndində yaşayan ermənilərin əlaqəsini  təmin edən Laçın dəhlizini keçən ilin noyabrın 14-də yəni, müharibə başa çatdıqdan 4 gün sonra açılmasını təmin etdik. Ermənistan isə bizi Naxçıvanla birləşdirəcək maneəsiz yolun açılması prosesini tam 1 ildən çoxdur ki, müxtəlif  bəhanələrlə uzatmaqla məşğuldur. Hesab edirəm ki, bu dəfə Azərbaycan ilə Ermənistan arasında Rusiyada baş tutan görüşdə üçtərəfli yeni bir sənəd imzalana bilər. Müharibə  başa çatdıqdan sonra bu Moskvada baş tutan üçüncü görüşdür. Əvvəlki hər iki görüşdə sənəd imzalanması olub. Odur ki, üçüncü dəfə sənədlərin imzalanacağına dair ehtimallarda doğruluq payı yüksəkdir. Rəhbərlər  görüşürsə, deməli, imzalanması razılaşdırılan müəyyən məsələlər artıq həllini tapmaq üzrədir". 


26-11-2021, 12:23 380

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065