Sabir Rüstəmxanlı: Türkiyədə məndən soruşdular ki, Azərbaycan niyə belə etdi?

İstanbulda, "İlin adamı" mükafatlarının təqdimetmə mərasimində Rumuniyadan olan türk əsilli iş adamı, Rumıniya-Türkiyə Ticarət və Sənaye odalar başkanı Dr. Tamer Atalay mənə yaxınlaşıb "Sabir bəy, biz üzüntü içindəyik, ağılasığmaz bir işdir. Niyə belə oldu?" - dedi. Düzü, öncə onun nə haqda danışdığını anlamadım... Suallarının arası kəsilmirdi: "Azərbaycan nədən böylə bir iş gördü? Bu adamın Balkanlarda yapdıqlarının dəyərini niyə bilmədiniz?"

"Söhbət kimdən gedir?" - soruşanda "Sizin böyük elçinizi, Eldar bəyi deyirəm. Rumıniyada, Balkanlarda ad çıxarmışdı. Azərbaycan üçün onun yapdığı işləri başqa kimsə görə bilməzdi. Çox başarılı və ağıllı adamdır".
Tamer bəy doğrudan da ağlamsınaraq danışırdı: "Bizim ona sayğımız böyükdür. Azərbaycanın Cümhur Başkanı, sayın İlham Əliyevə müraciət etmək istəyirik! Biz İlham Əliyevi də çox sevirik. Bəlkə, ona yanlış bilgi veriblər. Belə bir adamı həbsdə saxlamaq günahdır".
Hörmətli Tamer Atalayın səmimiyyətini, sevgisini duymamaq mümkün deyildi…
Ümid verməkdən başqa yolum yox idi: "İnşallah hər şey yaxşı olar. Biz, Azərbaycanın bir sıra aydını və millət vəkili də hörmətli prezidentimizə müraciət ünvanlayıb, Eldar Həsənovun xidmətlərinin nəzərə alınmasını və onun haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsini rica etmişik... Narahat olmayın, məsələyə ədalətlə baxılacağına inanırıq".
Rumınıyalı dostumuzun Eldar Həsənovun gördüyü işlər barədə danışıqları və onun taleyi üçün bir qardaş kimi narahat olması məni xeyli düşündürdü. İşin əsilini, Eldarın günahının nədən ibarət olduğunu bilmirəm. Ancaq bir şeyi bilirəm ki, ədalət tərəzisinə qoyulsa onun xidmətləri hər hansı qüsurundan qat-qat ağır olar. Adamlarımızı asanlıqla xərcləməyək!..

30-06-2021, 11:01 422

Digər xəbərlər

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
1 2 3 4 5 6 7 8 9 10 ... 962