Prezident İlham Əliyev Qarabağdan danışdı

Prezident Qarabağda görüləcək quruculuq işlərindənDANIŞDI
"Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq".
Sumqayıt.tv xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın.
Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.
Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır", - dövlət başçısı bildirib

1-07-2021, 15:42 244

Digər xəbərlər

Pacco.az: Güllər, hədiyyələr, xoşbəxtlik – hər şey bir toxunuşda

Sumqayıtda biznesmen şişlə qadına hücum etdi

Sumqayıtdan paytaxta təşkil edilən yeni müntəzəm marşrutun dayanacaq məntəqələri açıqlanıb CƏDVƏL

“Qold Qayalı” marketin yanında təmizlik qalmaqalı – sakin etiraz etdi -VİDEO

Keçmiş Sumqayıt DTX rəisi icra başçısı təyin edildi -FOTO

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb - FOTO

Prezident Sumqayıtı parklar şəhəri adlandırdı - FOTO

İlham Əliyevdən Konstitutsiya Günü ilə bağlı paylaşım - FOTO

“Ata, biz qayıdırıq” - Təyyarə qəzasında həlak olan hərbçinin son sözləri

Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video

Hüququn Aliliyi və Müstəqilliyin Təntənəsi – 12 Noyabr Konstitusiya Günü

Sumqayıt bələdiyyəsinin keçmiş vəzifəlilərinin də yer aldığı “rüşvət işi” üzrə Ali Məhkəmədən qərar

Sumqayıtda iki nəfərin ölümünə səbəb olan “Prius” sürücüsü ilə bağlı Ali Məhkəmədən qərar

Sumqayıt sakini Abşeronda faciəvi şəkildə həlak olub

Sumqayıtın bu ərazisində 600 abonentin qazı kəsiləcək

Sumqayıt–Bakı marşrutu üzrə gedişhaqqı bu qiymətə olacaq

Samur–Dəvəçi kanalında ekoloji faciə: balıqlar kütləvi şəkildə tələf olub - İDDİA

Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ: Maqnit qasırğaları yaxınlaşır

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR

Bu avtomobillərin satışı qadağan edildi - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 983
Dünən, 21:33
Dünən, 21:28
Dünən, 18:54
Dünən, 17:37
Dünən, 17:14
Dünən, 16:19
Dünən, 15:24
Dünən, 12:45
Dünən, 12:42
Dünən, 12:38
Dünən, 12:33
Dünən, 12:21
Dünən, 12:17
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 00:30
11-11-2025, 16:21
11-11-2025, 12:16
11-11-2025, 12:10
11-11-2025, 11:57
11-11-2025, 11:55
11-11-2025, 11:50
10-11-2025, 23:18
10-11-2025, 22:22
10-11-2025, 14:00
9-11-2025, 22:55
9-11-2025, 21:11
9-11-2025, 13:25
9-11-2025, 09:38
8-11-2025, 18:04
8-11-2025, 16:57
8-11-2025, 16:35
8-11-2025, 16:31
8-11-2025, 16:29
8-11-2025, 15:50
8-11-2025, 15:35
8-11-2025, 15:19
8-11-2025, 15:17
8-11-2025, 14:42
8-11-2025, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 983