Moskva “Spartak”ı Azərbaycan əslli yarımmüdafiəçi Ayaz Quliyevlə müqaviləsinə xitam verdiyini açıqlayıb. Klubun mətbuat xidmətinin məlumatına görə, müqavilə tərəflərin razılığına əsasən ləğv olunub. Beləliklə də, “Spartak” öz yetirməsini azad agent kimi sərbəst buraxıb. Qeyd edək ki, 24 yaşlı Quliyev “Spartak”ın futbol məktəbinin məzunudur. 2018-ci ilin yayında o, 500 min avro qarşılığında “Rostov” klubuna keçib. Altı ay sonra isə “Spartak” komandası oyunçunu 1 milyon avroya geri qaytarıb.