Azərbaycanda bütün karantin qaydalarının ləğvi GÖZLƏNİLİR



Karantin qaydalarının yumşaldılması müzakirə olunur. Son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verəcək.

Sumqayit.tv xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri ölkəmizdə növbəti dəfə karantin qaydalarının yumşaldılacağını söyləyib.
 
Onun fikrincə, müəyyən vaxtdan sonra bütün qadağalar ləğv olunacaq: "Artıq dünyanın bir çox yerlərində qadağalar götürülüb. Düşünərəm ki, Azərbaycanda da epidemiyanın artıq sonu gəlib. Yavaş-yavaş bütün karantin qadağaları ləğv olunmalıdır və olunacaq. Qadağalar mərhələli şəkildə götürülməlidir ki, yenidən kütləvi yoluxma ilə qarşılaşmayaq. Müxtəli parametrlər nəzərə alınmalıdır. Birinci növbədə karantin qərarını elan edən Ümumdünya Səhiyyə Təşkilatının qərarını gözləməliyik. Biz epidemiyanı nəzarətdə saxlaya bilirik, qiymətləndiririk, ancaq dünyada proses necə gedir, hansı ölkələrdə yoluxma sayı artıb və ya koronavirusun yeni modifikasiyası ortaya çıxa bilərmi, bunları qiymətləndirə bilmərik. Nəzərə alınmalıdır ki, üzü yaya doğru gedirik, insanlar maska rejimində qalmaqdan sıxılırlar. Xüsusən yas mərasimlərinə icazə verildikdən sonra heç kim maska rejiminə əməl etmir. Buna uyğun olaraq adevkat qərar qəbul etmək olar”.


M.Quliyev, həmçinin qeyd edib ki, digər vacib məsələlərdən biri quru sərhədlərin açılmasıdır:
 
"Turizm mövsümü gəlir və sərhədlərin açılmasını elan etməliyik ki, Azərbaycanda istirahətini planlaşdıran insanlar artıq bu nüansı nəzərə alsınlar. Turizm mövsümündə ləngiyə bilərik, bu da bizim həm iqtisadiyyatımıza, həm də turizm sənayemizə mənfi təsir göstərə bilər. Rusiyada, Gürcüstanda, Cənubi Azərbaycanda yaşayan xeyli sayda azərbaycanlı var və onların Vətənə rahat gələ bilməsi üçün sərhədlər açılmalıdır”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə tələbinin ləğv edilməsi məsələsinə baxıldığını bildirmişdi.

11-04-2022, 12:52 264

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040