Türkiyə NATO-nu format edir: 1945-ci ildən sonra İLK DƏFƏ


Qərb cəbhəsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyənin icazə verməsi istiqamətində genişçaplı müzakirələr aparır.
Publika.az xəbər verir ki, artıq ABŞ başda olmaqla Qərb Türkiyə ilə məsələni həll etməyin mümkünlüyündən bəhs edir.
Bu yanaşma Ankaranın veto hüququndan istifadə etməməsi üçün irəli sürdüyü şərtlərin qəbul ediləcəyi, yaxud böyük ölçüdə razılaşdırılacağı gözləntisini də artırır.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən amerikalı həmkarı Entoni Blinkenlə görüşdü. Çavuşoğlunun açıqlaması görüşün Ankara üçün müsbət keçdiyini göstərir. Görüşlə bağlı ikitərəfli açıqlama da bu yöndədir.
Ankaranın İsveç və Finlandiyanın PKK və PYD/YPG-ni terror təşkilatı elan etməsi, onlara dəstəyi dayandırması, Türkiyəyə qarşı silah embarqosunun ləğvi, F-35 proqramına yenidən daxil edilməsi, F-16 təyyarələrinin yeni alış paketinin təsdiqi, S-400-lə bağlı sanksiyaların qaldırılması şərtlərinin qəbul edilməsi ehtimalı yüksəkdir. Rusiya ilə qarşıdrma və geosiyasi şərtlər, xüsusilə Avropada strateji planlar ABŞ-ı buna məcbur edir.
Mütəxəssislər Finlandiya-İsveç ikilisi üzərindən yaranmış yeni vəziyyəti 1945-ci il şərtlərinin dəyişməsi, keçmiş sistemdə çatların yaranması kimi dəyərləndirir və hesab edirlər ki, Türkiyənin təklifləri NATO üçün yeni formata keçidinə zəmin yaradır. 
Beynəlxalq münasibətlər üzrə türkiyəli mütəxəssis İrfan Kaya Ülger bildirir ki, NATO keçmiş sistemlə davam edə bilməyəcək: “İttifaq yeni strateji konsepsiya hazırlamağa məcburdur”.
Ülger hesab edir ki, İsveç və Finlandiyanın terrorçulara dəstəyinə qarşı çıxan Türkiyə əslində mesajı PYD/YPG-ni legitimləşdirməyə çalışan ABŞ-a ünvanlayır: “Türkiyə “NATO çətiri altında terrora hamilik edilə bilməz” deyir, hətta bu məsələdə yazılı protokolun hazırlanması, əsas anlaşmaya əlavə maddələrin daxil edilməsi üçün təzyiq göstərir. Ən azından bir öhdəlik istəyir. ABŞ Türkiyənin vetosunu keçmək üçün hər şeyə hazır görünür. Patriot, F-16 və F-35-lər də daxil olmaqla genişçaplı güzəştlər mümkündür. Qarşıdakı günlərdə daha maraqlı proseslərin şahidi olacağıq”.
Keçmiş səfir Aydın Nurhan isə Türkiyənin İsveç və Finlandiya məsələsində blef etmədiyini vurğulayıb.
“Ankara prosesin sonuna qədər getməkdə qərarlıdır. Bu strateji mövqe digər tərəfdən Rusiya ilə bağları qoparmamaq üçün də önəmlidir. Doğru siyasət yürüdürük və prosesin sonunda qazanan ölkə olacağıq”, - türkiyəli diplomat bildirir.
Diplomat hesab edir ki, Türkiyənin mövqeyi NATO-nun daxilindən format edilməsinə zəmin yaradır.

19-05-2022, 13:00 264

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041