Polkovnik-leytenant Səlcuk Bayraktara səsləndi


Bugünlərdə Azərbaycanda "Texnofest-2022" festivalı keçirilir. Azərbaycana təşrif buyuran mötəbər qonaqlar arasında 44 günlük Vətən Müharibəsində xüsusi pay sahibi olan Bayraktar TB-2 PUA-nın yaradıcısı Səlcuk Bayraktar da var. S.Bayraktar ölkəmizdə bir sıra görüşlərdə iştirak edir. Ancaq türkiyəli mühəndisin qazilərlə və müharibə veteranları ilə görüşünün təşkil olunmaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu haqda Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəsinin 62 yaşlı iştirakçısı Zahir Həsənov öz fikirlərini belə ifadə edib: "Bildiyiniz kimi Türkiyə bizə qardaş dövlətdi  və həmişə qardaş olaraq qalacaq. İstər bizim, istərsə də, Türkiyənin dar gündə bir-birindən başqa açıb girə biləcəyi qapı yoxdu. Məlum olduğu kimi, 27.09.2020-ci ildə başlanan Vətən Müharibəsində mühəndis Səlcuk Bayraktarın müəllifi olduğu Bayraktar TB-2 PUA-ları müharibədə özünü doğrultdu. Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv etdi. Bayraktar TB-2 ilə birgə qələbəmizi təmin edən Azərbaycanın igid oğulları oldu. Çünki birmənalı şəkildə qələbəmizin əsas pay sahibi Azərbaycan əsgəridi. Azərbaycanın igid oğulları o torpaqlara ayaq basdı, o torpaqlarda möhkəmləndi və o torpağı qorudu. Bugünlərdə Səlcuk Bayraktar Azərbaycana gəlib. Ancaq onunla təşkil olunan görüşlərdə həmin o Azərbaycan əsgəri görsənmir, qəhrəman oğullara yer ayrılmır, Azərbaycanı canından çox sevən qeyrətli oğulları orda görə bilmirik. Bayraktarla görüşlərdə dövlət işçilərini çıxmaq şərti ilə bəlkə heç Azərbaycanla əlaqəsi olmayan insanları görürük. Əziz Səlcuk Bayraktar ! Bu, həm də bizim qələbə payımızdı. Cənab Səlcuk Bayraktar ! Biz Azərbaycanın igid övladları, 44 günlük müharibənin iştirakçıları və qəhrəmanları !  Sizdən xahiş edirik imkan daxilində bizi də yada salın, bizimlə görüş təşkil edin, ünsiyyət quraq, söhbət edək. Biz öz qəhrəmanımızı görmək istəyirk. Hər halda, siz də öz qəhrəmanlarınızı görmək istəyirsiz. Əminəm ki, yaxın günlərdə bizimlə sizin görüşünüzü təşkil edəcəklər".

26-05-2022, 12:55 2 123

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041