Selçuk Bayraktar qazilərimizi ziyarət etdi.

Türkiyənin məşhur “Bayraktar” döyüş pilotsuz təyyarələrini istehsal edən “Baykar Holding” şirkətinin texniki işlər üzrə direktoru Selçuk Bayraktar qardaş ölkədə , İstanbul xəstəxanalarından birində müalicə olunan Qarabağ qaziləri ilə görüşüb.
Sumqayit.tv Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Selçuk Bayraktar bu haqda özünün sosial media hesabından qısa videogörüntülər paylaşıb.
Kadrlarda Selçuk Bayraktar qazilərin müalicə olunduğu palataya baş çəkir, onlardan biri ilə-Elnur Babayevlə söhbət edir və qazinin Azərbaycandakı övladlarına salam göndərir. “Aylin və Əli qardaşlarım da daxil olmaqla bütün şəhid və qazilərimizin övladlarına salam olsun...”,-Bayraktar yazıb. O, qazilərə PUA maketi hədiyyə edib.
 “Aylin qardaşıma Türkiyədən salamlar. Qəhrəman atanızla tanış olduq. İnşallah, siz də daha böyük əsərlər yaradacaqsınız. Qarabağ Azərbaycandır!”,-o bildirib. Azərbaycanlı qazi isə “Sizdən də yeni nailiyyətlər gözləyirik” deyib.






14-07-2021, 11:15 238
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1086