Sumqayıtda 14 yaşlı uşağa qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanıldı


Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yeniyetməyə qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanılıb.
Sumqayit.tv apa-ya istinadən məlumat verir ki, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhərin "Xəzər bağları” yaşayış massivi ərazisində yaşayan 1979-cu il təvəllüdlü Avtandil Qasımov (ad şərtidir) 14 yaşlı Pərvin Şərifova (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. O, həmin ərazidə velosiped sürən, əqli geriliyi olan oğlan uşağının anlaqsız vəziyyətdən istifadə edərək onu dənizkənarına aparıb. Və orada çirkin niyyətini həyata keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
A. Qasımov etdiyi hərəkəti etiraf edib və həmin günü ağır dərəcədə spirtli içki qəbul etdiyini bildirib. O, 14 yaşlı P. Şərifovu əvvəldən tanıdığını da deyib.
Aparılan araşdırma zamanı A. Qasımovun zorlama ilə məhkum olunduğu və 11 il həbs həyatı yaşadığı da məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin (+994 18) 654-02-02 telefon nömrəsinə zəng edib məlumat verə bilərlər.

17-07-2021, 21:55 308

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:55
Dünən, 13:11
Dünən, 12:59
Dünən, 12:33
Dünən, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962